9-cu Azərbaycan çempionatına start verildi - FOTO

9-cu Azərbaycan çempionatına start verildi - FOTO

Muay Tay üzrə 9-cu Azərbaycan çempionatına start verilib.

Milli.Az bildirir ki, yeniyetmələr, gənclər və böyüklər arasında keçirilən yarışda 300 idmançı 31 çəki dərəcəsində mübarizə aparıb. Turnirin təntənəli açılış mərasimində çıxış edən federasiya prezidenti Azər Həsənsoy idmançılara uğurlar arzu edib. Daha sonra yarışın təşkilatçısı, Best of the Best promoşn qrupunun rəhbəri, K-1-in Azərbaycan üzrə rəsmi nümayəndəsi Elnur Məmmədov iştirakçıları salamlayaraq bu idman növünə olan maraqdan danışıb:

"Muay tay dünyada tanınan və sevilən idman növüdür. Bildiyiniz kimi 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının idman proqramına daxil edilib. Muay tay müsabiqədən kənar əlavə edilib. Yəni yoxlanış üçün bizim idmançılar da Tokio-2020-də mübarizə aparacaq. Üstəlik muay tayın Minskdə baş tutacaq ikinci Avropa Oyunlarında da olacağı gözlənilir. Biz bu idman növünə ikinci nəfəs gətirmək istəyirik. Gələcəkdə ən yaxşı idmançıların K-1-də də çıxış edəcəyi istisna deyil".

 

Federasiyasının yeni təyin olunan vitse-prezidenti Tural Bayramov isə yarışın nəticələrinə əsasən milli komandanın formalaşdırılacağını bildirdi: "Qaliblər millinin təlim-məşq toplanışına cəlb olunacaq. Mayda komandamızı Minskdə dünya çempionatı gözləyir. Belarusa ən güclü heyətlə yollanmağı düşünürük. Qarşıda bir sıra planlar var. Muay tayı yeni səviyyəyə yüksəltmək üçün çalışmaz lazım olacaq".


OXŞAR XƏBƏRLƏR

AZAL təyyarəsinin vurulması ilə bağlı - YENİ DETALLAR

Bir neçə gün öncə ötən il dekabrın 25-də AZAL-a məxsus “Embraer E190” təyyarəsinin Qroznı səmasında vurulma əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfin...

“Kurtlar Vadisi Pusu”nun aktyoru vəfat etdi

Türkiyənin məşhur “Kurtlar Vadisi Pusu” serialında “Cevat Akarsu” obrazı ilə tanınan aktyor Şekip Taşpınar dünyasını dəyişib.   ...

Azərbaycanda ipoteka predmetinin satışı qaydası dəyişir

Azərbaycanda tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üs...

Daha bir azərbaycanlı ailə Rusiyadan deportasiya edildi

Rusiyanın Sankt-Peterburq şəhərində polis Nevski rayonunda yeniyetmələr arasında baş vermiş münaqişənin daha bir iştirakçısını - 15 yaşlı Azərbaycan vətəndaşını...

Leyla Əliyevanın doğum günüdür

Heydər Əliyev Fondunun vitse-prezidenti, "Xocalıya Ədalət" kampaniyasının təşəbbüskarı, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməraml...

Prezident Mirziyoyevlə görüşündən paylaşım etdi - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev sosial şəbəkə hesabında ölkəmizdə dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyevlə görüşü ilə bağlı paylaşım e...