Bakıda "Qaçqınların hüquqlarının müdafiəsi" seminarı keçirilir
Cəmiyyət
11:06 / 06.03.2017
478
Bu gün Bakıda AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu ilə Avropa İttifaqının (Aİ) birgə əməkdaşlığı çərçivəsində "Qaçqınların hüquqlarının müdafiəsi" mövzusunda beynəlxalq seminar keçirilir.
Sfera.az Trend-ə istinadən xəbər verir ki, seminarın məqsədi qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi, bu sahədə ölkədə mövcud vəziyyətin təhlili, müxtəlif sahələrdə onlara dövlət dəstəyinin göstərilməsi istiqamətində təcrübə mübadiləsinin aparılmasıdır.
Tədbirdə İnstitutun direktoru, millət vəkili Aytən Mustafazadə, Aİ-nin Bakıdakı səfirliyinin rəsmisi Alessandro Budai, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sektor müdiri Nazim İsgəndərov və digər qonaqlar iştirak edirlər.