“Qayıqlar 42 nəfərlik idi, xilasedici jiletlərimiz də var idi, amma... “ - VİDEO
Cəmiyyət
10:30 / 06.12.2015
1205
Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidentləri “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində xəsarət alanlara Mərkəzi Neftçilər Xəstəxanasında baş çəkiblər. Məlumata görə, SOCAR prezidenti Rövnəq Abdullayev hazırda hadisə baş verən platformadadır. Xatırladaq ki, qəzada xəsarət almış 8 nəfər hazırda Mərkəzi Neftçilər Xəstəxanasındadır. Onların vəziyyətləri qənaətbəxşdir.
Sfera.az-ın APA-ya istinadən verdiyi məlumata görə, vitse- prezidentlər Xalik Məmmədov, Elşad Nəsirov, Bədəl Bədəlov, Tofiq Qəhrəmanov xəstələrin səhhəti ilə maraqlanıb, onlarla bağlı həkimlərdən məlumat alıblar.