Sürücülərin nəzərinə: Sabahdan yeni cərimələr qüvvəyə minir – SİYAHI

Sürücülərin nəzərinə: Sabahdan yeni cərimələr qüvvəyə minir – SİYAHI
Sabahdan yeni İnzibati Xətalar Məcəlləsi qüvvəyə minir.

Yol hərəkəti üzrə ekspert, "Digesta" hüquq firmasının direktoru Ərşad Hüseynov sabah quvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsində sürücülər üçün yenilikləri nəzərə almağa çağırıb.

O qeyd edib ki, İXM sürücülər üçün əsasə yeniliklər bunlardır:

"1. Təhlükəsizlik kəmərini bağlamadan avtomobili idarə etməyə görə elektron protokollar tərtib olunacaq.

2. Motosiklet sürücüləri isə həm dəbilqəsiz motosiklet sürməyə görə, həm də dəbilqəsiz sərnişin daşımaya görə elektron protokollar alacaqlar.

3. Yeni Məcəllədə inzibati məsuliyyətə cəlbetmə müddəti birmənalı olaraq bir ildir. Daha iki ay söhbəti olmayacaq.

4. Yol-nəqliyyat hadisəsi yerindən yayınmaya görə yalnız hadisədə təqsirli sürücü (sürücülər), özü də əvvəlki kimi 80 manat yox, 100 manat cərimə olunacaq.

5. Sürücünün avtomobilin idarə edilməsindən kənarlaşdırılması və daha sonra avtomobilin cərimə meydançasına aparılması üçün nəzərdə tutulan hallar olduqda DYP əməkdaşının daha yerində üç saat gözləməsi söhbəti olmayacaq. Müvafiq əsas varsa, avtomobil sənədləşmədən sonra dərhal duracağa aparılacaq.

5. Avtomatik rejimdə tərtib olunan elektron protokol qayda pozuntusundan sonrakı bir ay ərzində "ASAN ödəniş" sisteminə və orada sürücünün özü üçün yaratdığı elektron kabinetə yerləşdirilməzsə, sürücü buna görə məsuliyyətdən azad olunacaq. Bu hüquqdan istifadə etmək üçün hər bir sürücü asanpay.az saytında özü üçün elektron kabinet yaratmalıdır".
///Herxeber.com 

OXŞAR XƏBƏRLƏR

Ozan Akbaba Bakıda məşhur cütlüyün toyunda - VİDEO

“Uzak Şehir”in "Cihan"ı Ozan Akbaba Bakıda toyda qonaq olub.   Sfera.az OLAY-a istinadla xəbər verir ki, o, aktrisa Ləman Mərri...

Foto və videoları silmədən telefon yaddaşını necə boşaltmaq olar? - SADƏ ÜSULLAR

Müasir dövrdə smartfon həyatımızın ayrılmaz hissəsinə çevrilib. Bütün vacib məlumatlar məhz onun yaddaşında saxlanılır. Ancaq bəzən ən gözlənilməz anda yaddaş t...

Bu gündən müəllimlərin sertifikatlaşdırılması prosesinə başlanılır

İyunun 18-dən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi başlanır.   Sfera.az xəbər verir ki, sertifikatlaşdırma pros...

Sumqayıtda iki qadını avtomobil vurdu, biri öldü

Sumqayıt şəhərində avtomobil iki piyadanı vurub.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.   Belə ki, &quo...

Kripto bloqqeri oğurlayan soyğunçular pul ala bilməyəndə görün nə etdilər?

Fransız kripto bloqqeri və məşhur “TikTok” məzmun yaradıcısı adam oğurluğunun qurbanı olub, lakin ertəsi gün sərbəst buraxılıb. Soyğunçular onun gir...

80 yaşlı kişi hələ də supermarketdə işləyir - SƏBƏB

Kaliforniyada (ABŞ) dəbdəbəli evlərin keçmiş memarı Qari Salinq sevdiyi qadına verdiyi sözə görə 80 yaşında hələ də işləməyə davam edir. 2017-ci ildə onun həyat...