Allah insanın bəxtini bağlayırmı?

Allah insanın bəxtini bağlayırmı?
İslamda bəxtim gətirir və ya gətimir anlamı qəbulolunmazdır. Çünki bəxt, qismət, tale, qədər, alın yazısı bunların hamısı Uca Allahın əlindədir və birbaşa Onun istəyinə bağlıdır. Ruzi qazanmaq üçün Uca Allah bir çox vasitələr və halal səbəblər yaradıb ki, hər bir kəs Uca Allaha layiqincə təvəkkül edib Ondan haqqı ilə qorxmalı və bu səbəblərdən yapışmaldır: "Kim Allahdan qorxsa, Allah ona hər çətinlikdən bir çıxış yolu göstərər, və ona gözləmədiyi və təsəvvür etmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü hədd, müddət təyin etmişdir". (ət-Talaq, 2-3).
Sfera.az zikr.az-a istinadən bildirir ki, həmçinin işlərin alınmaması və ya tərs getməsi Uca Allahın sınağa çəkməsi ilə də əlaqəli ola bilər. Uca belə buyurur: "İnsanlar elə güman edirlər ki, təkcə: "İman gətirdik!" - demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər?" (əl-Ənkəbut, 2).
Ən çox ibadət etmələrinə baxmayaraq ən çox sınağa çəkilən insanlar da peyğəmbərlər (Onlara Allahın salamı və salavatı olsun) olublar: "Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən Cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də: "Allahın köməyi nə vaxt (gələcək)?"- dedilər. Həqiqətən, Allahın köməyi yaxındır". (əl-Bəqərə 214).
Uca Allah heç bir bəndəsinin bəxtini bağlamır. Hər bir kəs bəlaların səbəbini yalnız özündə axtarmalıdır: "Sizə üz verən hər bir müsibət və çətinlik öz əllərinizlə qazandığınız günahların və etdiyiniz əməllərin ucbatındandır! Bütün bunlara baxmayaraq Allah günahlarınızın çoxunu əfv edər". (əş-Şura, 30).
Bəlalar nəticəsində möminin günahları bağışlanır və ya axirətdə dərəcəsi yüksəlir. Uca Allah həmçinin buyurur: "Şübhəsiz ki, hər çətinlikdən sonra bir asanlıq gələr! Asanlıq yalnız çətinliklə hasil olar! Həqiqətən, hər çətinlikdən sonra bir asanlıq gələr!" (əş-Şərh, 5-6).

OXŞAR XƏBƏRLƏR

Kripto bloqqeri oğurlayan soyğunçular pul ala bilməyəndə görün nə et0dilər?

Fransız kripto bloqqeri və məşhur “TikTok” məzmun yaradıcısı adam oğurluğunun qurbanı olub, lakin ertəsi gün sərbəst buraxılıb. Soyğunçular onun gir...

80 yaşlı kişi hələ də supermarketdə işləyir - SƏBƏB

Kaliforniyada (ABŞ) dəbdəbəli evlərin keçmiş memarı Qari Salinq sevdiyi qadına verdiyi sözə görə 80 yaşında hələ də işləməyə davam edir. 2017-ci ildə onun həyat...

6 il ərzində aldatma yolu ilə pulsuz səyahət etdi

ABŞ-da bir adam özünü stüardessa kimi göstərərək və saxta məlumatlardan istifadə edərək 120 pulsuz uçuş həyata keçirib.   Sfera.az bildirir ki, 35 yaşl...

AzTV üzr istədi

Azərbaycan Dövlət Televiziyası tamaşaçılardan üzr istəyib.   Sfera.az xəbər verir ki, bu barədə telekanalın yaydığı açıqlamada deyilir:   ...

Müavinət və təqaüdlərin artımları nə vaxt ödəniləcək?

Müavinət və təqaüdlərdə yeni artımlar ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində növbəti mühüm addım olmaqla, vətəndaş rifahının təminatı...

Mahmud Əhmədinejadın öldürülməsi xəbəri təkzib edildi -YENİLƏNDİ

İranın sabiq prezidenti Mahmud Əhmədinejat Tehranda küçədə açılan atəşlə qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu haqda İran KİV-də xəbərlər ya...