Qanazlığı nə ilə təhlükəlidir?

Qanazlığı nə ilə təhlükəlidir?

Anemiya (qanazlığı) bütün dünyada çox yayılmış pozulma sayılır. Anemiyanın bir çox növü var.
Lakin dəmirdefisitli anemiyaya ən tez-tez təsadüf edilir. Bu səbəbdən qanazlığından danışanda əsasən dəmirdefisitli anemiyanı nəzərdə tuturlar.
Bu anemiya zamanı orqanizmdə dəmirin çatışmazlığı yaranır. Dəmir orqanizm üçün həyati vacib olan mineraldır. Dəmir hemoqlobinin tərkibinə daxildir. Hemoqlobin isə bütün orqan və sistemlərə oksigen daşıyır. Dəmirin çatışmazlığı qanda hemoqlobinin azalmasına səbəb olur ki, bu müxtəlif pozulmaların inkişafına təkan verir.
Sfera.az saqlamheyat.az-a istinadən bildirir ki, qanazlığı qadınlarda kişilərlə müqayisədə daha tez-tez inkişaf edir.

Bunun səbəbi menstruasiya, doğuş, əmizdirmədirmə zamanı dəmirin daim itirilməsidir. Bundan əlavə qadınlar tez-tez balanslaşdırılmamış pəhrizlər saxlayırlar ki, bu da anemiyanın inkişafına səbəb olur.
Bir çox hallarda insanlar özündə anemiyanın simptomlarını hiss edir, lakin buna fikir vermir, həkimə müraciət etmirlər. Ümumiyyətlə insanların əksəriyyəti anemiyanı ciddi xəstəlik kimi qəbul etmirlər. Hətta bu diaqnoz qoyulduqdan sonra müalicəyə ciddi yanaşmırlar.
Əslində isə qanazlığı çox ciddi pozulmadır. Anemiya zamanı immun sistemi əziyyət çəkir.

Bu isə o deməkdir ki, insan müxtəlif infeksiyalara qarşı çox həssas olur, daha tez-tez və ağır xəstələnir, gec sağalır. İmmun sisteminin kəskin zəiflənməsi hətta xərçəngin inkişafına təkan vərə bilər.
Digər tərəfdən qanazlığı ürək-damar sisteminə çox mənfi təsir edir. Ürək əzələsi (miokarda) vaxtından tez zəifləyir, qocalır.
Qanazlığı mərkəzi sinir sistemi, xüsusilə də baş beyini üçün ziyanlıdır. Beyin digər orqanlarla müqayisədə daha çox oksigen tələb edir. Məhz bu səbəbdən oksigenin  çatışmazlığı zamanı beyinin normal fəaliyyətində pozulmalar yaranır.
Beləliklə, qanazlığı çox ciddi pozulmadır ki, onu vaxtında aşkar etmək və müalicə etmək lazımdır.
Qanazlığının yüngül formalarında düzgün qidalanmanın köməyi ilə bu pozulmanı aradan qaldırmaq mümkündür. Daha ağır formalarda yalnız qidalanma kömək etməyəcək, xəstəyə xüsusi müalicə tələb olunur.
Qanazlığının simptomları arasında:
- iş qabiliyyətinin kəskin azalması
- zəiflik, yorğunluq, yuxululuq
- əsəbilik, əhval-ruhiyyənin tez-tez dəyişilməsi
- yaddaşın zəifləməsi
- başgicəllənməsi
- ürək döyünməsinin tezləşməsi
- dərinin quru olması, qabıqvermə
- dirnaqların solğun və kövrək olması
- saçların tökülməsi
- dodaqların kənarlarında çatların əmələ gəlməsi.
Qanazlığı zamanı insan qeyri-adi dadları və iyləri (benzinin, lakın iyi, təbaşirin, farşın dadı) xoşlamağa başlayır. Bu da çox xarakterik simptomdur.
Özünüzdə bu kimi simptomları müşahidə edirsinizsə, mütləq həkimə müraciət edin.


OXŞAR XƏBƏRLƏR

Moskvada azərbaycanlı qanuni oğru saxlanıldı - VİDEO

Moskvada “qanuni oğru” Vaqif Süleymanov (Vaqif) saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri xəbər verir.   ...

Rusiyanın ombudsmanı Səbinə Əliyevaya müraciət etdi

Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova bir sıra Rusiya vətəndaşlarının Azərbaycanda saxlanılması ilə bağlı azərbaycanlı həmkarı Səbinə Əliy...

Əsir və girovlarımızın başına nələr gətirilib?- MƏHKƏMƏ

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Prezidentlər Ayköl Manas adına məktəbin açılışını etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.  ...

Ölkəni silkələyən qəza: 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiril...

Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetdən m...