Bu layihə Azərbaycana 123 milyard dollar qazandırdı
İqtisadiyyat
20:42 / 03.03.2017
1054
2001-ci ilin əvvəlindən 2017-ci il martın 1-dək "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlar blokunun hasilat layihəsinin reallaşdırılması çərçivəsində Azərbaycan Dövlət Neft Fonduna 123,1 milyard dollar vəsait daxil olub.
Sfera.az bildirir ki, bu barədə özəl olaraq Trend-ə fonddan məlumat verilib.
Məlumatda qeyd olunur ki, 2017-ci ilin yanvar-fevral aylarında Neft Fonduna 993 milyon dollar vəsait daxil olub.