Qar yağacaq - XƏBƏRDARLIQ

Qar yağacaq - XƏBƏRDARLIQ

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sfera.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Gecə və səhər zəif duman olacaq. Cənub küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 4-7° isti, gündüz 10-15° isti, Bakıda gecə 5-7° isti, gündüz 13-15° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 759 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-7° isti, gündüz 14-19° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

 

Xəbərdarlıq
Bir neçə gün davam edən mülayim hava şəraitindən sonra martın 4-ü gündüzdən 6-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° aşağı enəcək.



OXŞAR XƏBƏRLƏR

Prezidentlə xanımından səmimi görüntülər -VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışında iştirak ediblər.   ...

Meksika "Google"u məhkəməyə verdi

Meksika hakimiyyəti "Google" korporasiyasını "Google Maps" xəritə xidmətində Meksika körfəzinin adını Amerika körfəzi kimi dəyişdiyinə görə ...

“Aztelekom”un əməkdaşı Heydər Əliyev zirvəsinə qalxdı - FOTOLAR

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC-nin əməkdaşı Nicat Səfərov Ümummilli Li...

Hərbçilərimiz Türkiyəyə yollandı - VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azər...

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...