Ukraynada matəm elan olundu
20:49 / 02.03.2017
939
Xəbər verdiyimiz kimi, Ukraynanın Lvov vilayətində "Lvovuqol" şirkətinə məxsus "Stepnaya" şaxtasında qəza olub.
Hadisə nəticəsində 10 mədənçi ölüb, 6-sı yaralanıb, 20 nəfər isə xilas olunub.
Qeyd olunur ki, şaxtada 172, qəza ərazisində isə 34 mədənçi olub.
Sfera.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, hökumət koordinasiya qərargahı yaradıb.
Prezident Petro Poroşenko Nazirlər Kabinetinə bütün kömür-mədən şirkətlərinin auditini aparmağı tapşırıb.
Ölkədə matəm elan olunub.