Fiziki şəxslərə təhvil verilmiş tütün və pambığa görə də subsidiya veriləcək

Fiziki şəxslərə təhvil verilmiş tütün və pambığa görə də subsidiya veriləcək

Prezident İlham Əliyev "Azərbaycan Respublikasında tütünçülüyün inkişaf etdirilməsinə dövlət dəstəyi haqqında" Azərbaycan Prezidentinin 2016-cı il 5 oktyabr tarixli 2366 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Sfera.az AZƏRTAC-a istinadən bildirir ki, dəyişikliklərə əsasən sərəncamın 1.1-ci və 2.1-ci yarımbəndlərində "emal müəssisələrinə satılmış" sözləri "tütün emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə təhvil verilmiş" sözləri ilə əvəz edilir.

Beləliklə, tütün emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə təhvil verilmiş quru tütünün hər 1 kiloqramına, yaş tütünün isə hər 10 kiloqramına görə tütün istehsalçılarına 0,05 manat məbləğində subsidiya veriləcək.

Bu sərəncamda tutulan subsidiya 2016-cı ildə istehsal olunub emal müəssisələrinə satılmış quru və yaş tütünə də şamil edilir.

Nazirlər Kabineti tütün emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə təhvil verilmiş quru və yaş tütünə görə tütün istehsalçılarına subsidiya verilməsi qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla iki ay müddətində təsdiq etməlidir.

Dövlətimizin başçısı "Azərbaycan Respublikasında pambıqçılığın inkişafına dövlət dəstəyi haqqında" Azərbaycan Prezidentinin 2016-cı il 22 sentyabr tarixli 2350 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə də sərəncam imzalayıb.

Dəyişikliklərə əsasən sərəncamın 1.1-ci və 2.1-ci yarımbəndlərində "emal müəssisələrinə satılmış" sözləri "pambıq emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə təhvil verilmiş" sözləri ilə əvəz edilsin.

Beləliklə, pambıq emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə təhvil verilmiş hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına 0,1 manat subsidiya nəzərdə tutulacaq. Subsidiya 2016-cı ildə istehsal olunan və emal müəssisələrinə satılmış xam pambığa da şamil edilir.

Nazirlər Kabinetinə pambıq emalı ilə məşğul olan hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərə təhvil verilmiş hər kiloqram xam pambığa görə pambıq istehsalçılarına subsidiyanın verilmə qaydasını Azərbaycan Prezidenti ilə razılaşdırmaqla 15 gün müddətində müəyyən etmək tapşırılıb.




OXŞAR XƏBƏRLƏR

Meksika "Google"u məhkəməyə verdi

Meksika hakimiyyəti "Google" korporasiyasını "Google Maps" xəritə xidmətində Meksika körfəzinin adını Amerika körfəzi kimi dəyişdiyinə görə ...

“Aztelekom”un əməkdaşı Heydər Əliyev zirvəsinə qalxdı - FOTOLAR

Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON Holding) tərkibində fəaliyyət göstərən “Aztelekom” MMC-nin əməkdaşı Nicat Səfərov Ümummilli Li...

Hərbçilərimiz Türkiyəyə yollandı - VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azər...

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...

Bakıda bu məktəbdə “Son zəng” üçün pul yığılır? – RƏSMİ

Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdı...