Keçmiş nazirin yol vermədiyi avtomobilin sahibi bəlli oldu

Keçmiş nazirin yol vermədiyi avtomobilin sahibi bəlli oldu

Aərbaycanın keçmiş xarici işlər naziri, Azərbaycan Respublikasının Latviya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tofiq Zülfüqarovun avtomobili cərimə meydançasına aparılıb.

Sfera.az-ın məlumatına görə, bu barədə səfir Tofiq Zülfüqarov "Facebook” səhifəsində yazıb. 

T.Zülfüqarov bildirib ki, Bakı Şəhər Baş Polis İdarəsinin hansısa generalına məxsus 10-AA-102 nömrəli avtomobilə yol vermədiyini əsas gətirərək onun avtomobili DYP əməkdaşları tərəfindən saxlanılıb. 

İçərisində ailəsi olan sabiq səfirə qaydaları pozduğunu bildiriblər və avtomobili cərimə meydançasına aparılıb. 

Həmin dövlət qeydiyyat nişanlı minik avtomobili Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-leytenantı Səhlab Bağırovun xidməti avtomobilidir.

Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov hadisə ilə bağlı açıqlama verib.

Lent.az-a danışan general Səhlab Bağırov avtomobilin yol-hərəkət qaydalarını pozduğuna görə cərimə meydançasına aparıldığını deyib: "Sürücü yol hərəkəti qaydasını pozub, saxlanılıb və avtomobil cərimə meydançasına aparılıb”.

Qeyd edək ki, Zülfüqarov Tofiq Nadir oğlu Azərbaycanın keçmiş xarici işlər naziri (05.03.1998 – 26.10.1999), Azərbaycanın Latviyadakı fövqəladə və səlahiyyətli səfiri (2005-2015) vəzifələrində çalışıb. 

Nazirlikdə şöbə müdiri, idarə rəisi, nazir müavini və 1998-ci ilin martından 1999-cu ilin oktyabrına qədər xarici işlər naziri işləyib. Fövqəladə və səlahiyyətli səfir ranqı verilib. Xarici İşlər Nazirliyində işlədiyi dövrdə, əsasən Qarabağ probleminin həlli ilə məşğul olub.


 


OXŞAR XƏBƏRLƏR

Beşbarmaqda BƏDBƏXT HADİSƏ – Paraşütçü yerə çırpıldı

Siyəzən rayonunun Zarat kəndi ərazisində bədbəxt hadisə baş verib.   Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, Beşbarmaq dağından havala...

Rusiya Odessanı vurdu

Rusiya ordusu Ukraynanın Odessa şəhərinə növbəti dəfə dron zərbəsi endirib.   Sfera.az xəbər verir ki, hücum nəticəsində azı bir nəfər həlak olu...

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya təhvil verilib

İstifadəyə yararsız elektrik batareyalarının düzgün çeşidlənməsi və ekoloji cəhətdən təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvət...

"Biz ABŞ-yə necə etibar edəcəyik?" - Pezeşkian

“Tehran ABŞ-lə danışıqları bərpa etməyə hazırdır”.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud...

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 m...

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...