Xocalı yürüşündə qəhqəhə çəkib gülən 4 deputat CƏZALANACAQ

Xocalı yürüşündə qəhqəhə çəkib gülən 4 deputat CƏZALANACAQ
Xəbər verdiyimiz kimi, ötən gün Xocalı faciəsinə həsr olunmuş yürüş zamanı protokol heyətində olan 4 deputat (Nəriman Əliyev, Malik Həsənov, Rüstəm Xəlilov, İqbal Məmmədov) faciə qurbanlarına, ümumən xalqımıza və protokol heyətinə hörmətsizlik edərək hər kəsin kədərə büründüyü bir gündə protokolda qəh-qəh çəkib gülmələri Xocalı sakinləri və sosial şəbəkə istifadəçiləri tərəfindən olduqca sərt qarşılanıb.

Məsələylə bağlı azxəbər.com-a açıqlama verən Milli Məclisin intizam komitəsinin rəhbəri, deputat Ağacan Abıyev münasibət bildirib. O, "gülən deputat”ların Milli Məclisə çağırılacağını və lazımı tədbirin görüləcəyini söyləyib.

"Biz onları çağırıb söhbət edəcəyik. Bu cür şeylərə yol vermək olmaz. Əgər bu təsdiqlənərsə, qaydalara uyğun cəzalanacaqlar”.

Qeyd edək ki, bir neçə gündür bütün sosial şəbəkələrdə adıçəkilən deputatların belə önəmli tədbirdə özlərini apara bilməmələri, protokol qaydalarına əməl etməmələri insanların sərt reaksiyasına səbəb olub.

OXŞAR XƏBƏRLƏR

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya təhvil verilib

İstifadəyə yararsız elektrik batareyalarının düzgün çeşidlənməsi və ekoloji cəhətdən təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvət...

"Biz ABŞ-yə necə etibar edəcəyik?" - Pezeşkian

“Tehran ABŞ-lə danışıqları bərpa etməyə hazırdır”.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud...

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 m...

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...