Bakıda tanınmış klinikada FACİƏ
Cəmiyyət
13:49 / 02.03.2017
594
Bakıda tanınmış klinikada usta işləyən şəxs yıxılaraq ağır xəsarət alıb.
Report xəbər verir ki, hadisə Ə.Naxçıvanı küçəsində yerləşən "MedEra" hospitalında qeydə alınıb.
Orada usta işləyən 1957-ci il təvəllüdlü Rövşən İbrahimov ehtiyatsızlıqdan müəssisənin birinci mərtəbəsindən yıxılaraq kəllə-beyin travması alıb. Yaralı həmin hospitala yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.