Azərbaycan Beynəlxalq Bankında növbəti təyinatlar

Azərbaycan Beynəlxalq Bankında növbəti təyinatlar

Azərbaycan Beynəlxalq Bankında (ABB) kadr islahatları davam etdirilir.

Sfera.az xəbər verir ki, ABB-dən Trend-ə verilən məlumata görə, bankın menecment komandasına 3 yeni şəxs qoşulub. Onlar Ülvi Qasımov, Zamiq İsaoğlu və Eldar Xəlilovdur.

Ü.Qasımov ABB-nin İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilib. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirmiş Ü.Qasımov bank sektorunda 2006-cı ildən fəaliyyət göstərir. Kreditləşmə fəaliyyəti sahəsində böyük təcrübəsi var. Son təyinata qədər "Unibank" ASC-də çalışıb. O, ABB-də korporativ bankçılıq istiqamətinin inkişafı məsələləri ilə məşğul olacaq.

Z.İsaoğlu da ABB-nin İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyinat alıb. Azərbaycan Dövlət İqtisad Universitetinin, Türkiyənin 9 Eylül Universitetinin və Mərmərə Universitetinin məzunu, iqtisad elmləri üzrə fəlsəfə doktoru olan Z.İsaoğlu 2010-cu ildən Azərbaycan Mərkəzi Bankında müxtəlif vəzifələrdə çalışıb. Son təyinata qədər "Azər Türk Bank" ASC-də daxili nəzarət meneceri olub. Audit və bank fəaliyyətinin digər bir sıra sahələri üzrə zəngin təcrübəyə malikdir. Z.İsaoğlu ABB-nin fəaliyyətinə korporativ idarəetmə istiqamətində dəstək göstərəcək.

 

E.Xəlilov isə bankın İnsan resursları departamentinə karyera planlanması və işəqəbul meneceri olaraq təyin edilib. Azərbaycan Dövlət İqtisad Universiteti və Sankt-Peterburq Dövlət Texniki Universitetini bitirmiş E.Xəlilov 2010-cu ildən Azərbaycanın müxtəlif aparıcı şirkətlərində bu sahədə fəaliyyət göstərib. Son təyinata qədər "PAŞA Bank" ASC-nin karyera planlanması və işəqəbul meneceri olub. ABB-yə bu sahədə müasir bilik və təcrübəyə malik peşəkar mütəxəssisin cəlbində məqsəd bankda işə qəbulun tam şəffaf mexanizminin qurulması, vakant vəzifələrin tutulması üçün bütün namizədlərə bərabər imkanların yaradılmasıdır. Xatırladaq ki, artıq bu ilin fevralından ABB öz vakansiyalarını namizədlər üçün elan etməyə başlayıb.

ABB-də digər maliyyə-təşkilati sağlamlaşdırma tədbirləri də intensiv şəkildə davam etdirilir. Bankın İdarə Heyətinin sədri Xalid Əhədovun rəhbərlik etdiyi idarəetmə komandasının qarşıya qoyduğu əsas hədəflər sağlamlaşdırma və restrukturizasiya prosesini qısa zamanda uğurla reallaşdırmaq, Azərbaycan Prezidentinin 15 iyul 2015-ci il tarixli müvafiq fərmanında bankın fəaliyyəti ilə bağlı irəli sürülmüş vəzifələri yerinə yetirməkdir.


OXŞAR XƏBƏRLƏR

Hərbçilərimiz Türkiyəyə yollandı - VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azər...

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...

Bakıda bu məktəbdə “Son zəng” üçün pul yığılır? – RƏSMİ

Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdı...

Ceyhun Mirzəyevin yeganə qızıMoskva küçələrində

"Ögey ana", "Fəryad" kimi məşhur filmlərdə rol alan mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Moskvada küçədə yaşayır. &nbs...

Tərtərdə ağır qəza: Dörd nəfər xəsarət aldı

Tərtərdə baş vermiş yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.   Sfera.az xəbər verir ki, qəza rayonun Sarıcalı kəndi ərazisində qeydə alın...