Bakı 2017-nin rəsmi formaları - VİDEO

Bakı 2017-nin rəsmi formaları - VİDEO
Bu gün İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi tərəfindən 4-cü İslam Həmrəyliyi Oyunlarının rəsmi vahid geyim formaları ictimaiyyətə təqdim edilib.

 

Publika.az-ın Əməliyyat Komitəsinə istinadən verdiyi məlumata görə, Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin Brend şöbəsinin hazırladığı vahid geyim formalarını peşəkar dizaynerlər komandası nümayiş etdirib.

Texniki işçilər, işçi heyəti, podratçılar üçün vahid geyim formaları fərqli görünüş və dizayna malikdir. Yeri gəlmişkən, Bakı 2017 4-cü İslam Həmrəyliyi Oyunlarının könüllüləri və işçi heyəti üçün hazırlanmış geyim formaları eyni dizayn və görünüşdədir.

Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov formaların təqdimatı ilə bağlı deyib: "Vahid geyim formaları hər bir Oyunların önəmli atributu sayılır və məqsədimiz bu formalar vasitəsilə Oyunların ab-havasını ictimaiyyətə çatdırmaqdır. Bu formaları geyinən hər kəs Oyunların bir hissəsi olmaqla bərabər, eyni zamanda 4-cü İslam Həmrəyliyi Oyunlarının sülh, hörmət, bərabərlik mesajını da dünyaya çatdırmış olacaq”.

Geyim formalarının üzərində Bakı 2017 Oyunlarının loqosu, Azərbaycan xalçalarının naxış elementləri və İslam xalça ikonoqrafiyası, eləcə də petroqliflər əks etdirilib. İslamı təcəssüm etdirən yaşıl rəng 4-cü İslam Həmrəyliyi Oyunlarının da rəngi olaraq, əsas işçi heyətinin və könüllülərin formalarında özünəməxsus ahəngdarlığı ilə seçilir.

Yeri gəlmişkən, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarının vahid geyim formasına köynək, papaq, kiçik bel çantası və şalvar daxildir.

 


OXŞAR XƏBƏRLƏR

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya təhvil verilib

İstifadəyə yararsız elektrik batareyalarının düzgün çeşidlənməsi və ekoloji cəhətdən təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvət...

"Biz ABŞ-yə necə etibar edəcəyik?" - Pezeşkian

“Tehran ABŞ-lə danışıqları bərpa etməyə hazırdır”.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud...

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 m...

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...

Azərbaycanda əsgərlik yaşı DƏYİŞİR?

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Elman Məmmədov hərbi xidmətə çağırış yaşının 20 yaşdan yuxarı qaldırılması bar...