Xəzərdən meyiti tapılan neftçinin adı açıqlandı
Cəmiyyət
11:22 / 02.03.2017
582
Bir neçə gün öncə Xəzər dənizindən tapılan meyitin ötən ilin dekabr ayında uçan estakadada dənizə düşən netçilərdən birinə məxsus olduğu təsdiqlənib.
Bu barədə məlumat BiG.AZ-a axtarış-xilasetmə qərargahından verilib.
Həyata keçirilən axtarış - xilasetmə əməliyyatları nəticəsində fevralın 28-də dənizin "Pirsaat daş silsiləsi” ərazisində tapılan kişi meyitinin, "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxartma sahəsinin əmtəə operatoru vəzifəsində çalışmış 1974-cü il təvəllüdlü Rüstəmov Qorxmaz İsbat oğluna məxsus olduğu rəsmən təsdiq edilib. Mərhumun meyiti ailəsinə təhvil veriləcək.
Xəzərdə faciə dekabrın 15-də səhər saat 05.00 radələrində baş verib. Dənizdə 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.
Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb:
1. Zülfüqarov Güloglan - maşinist
2. Zülfüqarov Azay - operator
3. Qurbanov Vidadi - operator
4. Həsənov Elçin - mexanik
5. Hacıəliyev Həsənağa - operator
6. Qafarov İlham - operator
7. Əsədov Samir - operator
8. Bəhrəmov Cavid - operator
9. Abbasov Ramiz - maşinist
10. Rüstəmov Qorxmaz - operator
Bu zamana kimi neftçilərdən 4-nün meyiti tapılıb.