Bakı metrosunda qorxulu anlar -Sərnişinlər qorxudan görün nə ediblər.

Bakı metrosunda qorxulu anlar  -Sərnişinlər qorxudan görün nə ediblər.
Bu gün Bakı metrosunda eskalator sərnişinləri qorxuya salıb.

Bu gün səhər saat 9:30 radələrində metronun "İçərişəhər" stansiyasında sərnişinlər platformadan yuxarı qalxarkən eskalatorda güclü cırıltı-cüyütlü səsləri eşidilib. Bu zaman eskalatorda olan sərnişinlər arasında qorxu və təşviş yaşanıb. Eskalatorun nasaz olduğunu düşünərək onun qırıla biləcəyindən qorxan insanlar eskalatoru tez tərk etməyə çalışıblar.

Milli.Az hadisə ilə bağlı "Bakı Metropoliteni" QSC-yə müraciət edib. Müraciətdən dərhal sonra vəziyyəti "İçərişəhər" stansiyasında yerindəcə araşdıran Cəmiyyətin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev  bildirib ki, adıçəkilən stansiyadakı eskalatorla bağlı, həqiqətən, kiçik bir problem yaşanıb: "Stansiya rəhbərliyi mənə bildirdi ki, həqiqətən də, deyilən vaxtda 3 saylı eskalatorda müəyyən səslər eşidilib. Bundan dərhal sonra həmin eskalator dayandırılıb, sərnişinləri qaldırmaq üçün digəri qoşulub. Dərhal nasazlığın olduğu ehtimal edilən eskalatorda yoxlama aparılıb, lakin qəza yarada biləcək hər hansı nasazlıq qeydə alınmayıb. Məlum olub ki, eşidilən cırıltı səsi texniklərin dili ilə desək, "kənar səs" olub. Hazırda eskalatorların hamısı normal vəziyyətdə işləyir və heç birində də nasazlığı bildirən səs gəlmir. Sərnişinlərə də bildiririk ki, onların həyatı üçün heç bir təhlükə yoxdur. Ona görə də qorxu və təşvişə düşməsinlər".

Xatırladaq ki, 10 il bundan əvvəl "İçərişəhər" stansiyasında eskalatorun nasazlığı ucbatından qəza baş verib. Belə ki, 8 iyun, 2005-ci il tarixdə o zaman "Bakı Soveti" adlanan stansiyada enən eskalatorda qəza zamanı 1 nəfər həlak olub, 11 nəfər xəsarət alıb.

OXŞAR XƏBƏRLƏR

Uşaqların düzgün və sağlam böyüməsində valideynlərin rolu böyükdür

Uşaq və gənclər həyatın ən dinamik və təməlli inkişaf dövrünü keçirlər. Bu dövr yalnız fiziki dəyişikliklərlə deyil, eyni zamanda, psixoloji və sosial inki...

Məşhur Xalq şairi xəstəxanaya yerləşdirildi - FOTO

Xalq şairi Nəriman Həsənzadə ürəyində yaranan narahatlıqla əlaqədar xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə Xalq şairinin yax...

"Vəfat etmiş övladının maketinə toy etmək ağıllı adamın işi deyil, ağsaqqal, ağbirçək hara baxır?" - Sosioloq

Dünyanın bir çox ölkələrində dəfn prosesi ölünü torpağa basdırmaqla və ölü yaxınlarının bir yerə toplaşıb hüznlə acılarını bölüşməsi ilə həyata keçirilir. Lakin...

Belarusda ikinci AES tikilə bilər

Belarus prezidentliyinə namizəd, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Syrankov hesab edir ki, respublikanın ikinci Atom Elektrik Stansi...

Dini qurumlara maliyyə yardımı ayrıldı - Prezidentdən SƏRƏNCAM

Azərbaycandakı dini qurumlara maliyyə yardımı ayrılıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev dini qurumlara maliyyə...

Azərbaycanın neft hasilatı azalıb - RƏSMİ

Azərbaycan hazırda 3 yataqdan neft çıxarır.   Sfera.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, 2024-cü ildə 29,1 milyon ton neft (kondensat...