Ermənistan ordusunun iki əsgəri öldü - Yenilənib
23:18 / 01.03.2017
1216
Digər ölüm hadisəsi isə Yerevandan klinikalarından birində qeydə alınıb.
Yanvarın 16-da başından güllə yarası alan hərbçi Qurgen Sarkisyan bu gün müalicə aldığı klinikada ölüb.
Onun əsgər yoldaşı tərəfindən güllələndiyi bildirilir.
****
Daha bir erməni hərbi qulluqçusu həlak olub. Bu, 2 ay əvvəl öz hərbçi yoldaşı, kiçik serjant tərəfindən güllələnmiş Qurqen Sarkisyandır.
Virtualaz.org bildirir ki, xəbəri Novosti Armeniya yayıb.
Daha əvvəl bildirildiyi kimi, Qurgen Sarkisyan 16 yanvarda başından yaralanmışdı. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Bu gün – martın 1-də əsgər saat 14:10 radələrində Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi kliniki hospitalında ölüb.