Amerikalı "general" Azərbaycanda müəllimi necə aldatdı?

Amerikalı

Təxminən bir ay öncə Rusiya KİV-ə istinadən sosial şəbəkələrdə tənha qadınlarla tanış olub ailə qurmağı təklif edən, sonradan həmin qadınlardan pul qoparan "amerikalı hərbçi" barədə məlumat vermişdik. "Amerikalı hərbçi"nin toruna düşən qadınların əksəriyyəti Rusiya vətəndaşı olub. O, müxtəlif yollarla qadınlardan pul qoparandan sonra müəmmalı şəkildə yoxa çıxırmış.

Analoji hadisə Azərbaycanda da baş verib. Belə ki, redaksiyaya müraciət edən 50 yaşlı orta məktəb müəlliməsi bildirib ki, uzun illər əvvəl həyat yoldaşını itirib, üç ay öncə isə Facebook-da Amerikadan olan bir hərbçi - Abrams Romero Cilio ilə tanış olub. "General" ona Əfqanıstanda ABŞ ordusunun tərkibində qulluq etdiyini deyib. Həyat yoldaşının xəyanətinə görə rəsmi qaydada ayrıldığını və yenidən ailə qurmaq niyyətində olduğunu açıqlayıb. Həmçinin müəlliməyə 21 yaşında qızı və nəvəsi olduğu barədə danışıb. O, tərbiyəli və dünyagörüşlü bir xanımla ailə qurmaq niyyətində olduğunu da gizlətməyib.

Sfera.az  xəbər verir ki, həmyerlimiz qadının virtualaz.org-a dediklərinə görə, getdikcə "general"la münasibətləri istiləşib, Skype vasitəsilə əlaqə saxlayıblar, evlənmək barədə razılığa da gəliblər...

Əməkdaşımız bu məsələni araşdırarkən məlum olub ki, azərbaycanlı müəlliməyə göndərilən fotolar əslində tamam başqa şəxsə məxsus olub. Robert Abrams adlı general, həqiqətən də, Əfqanıstanda qulluq edir və fotolar ona məxsusdur. Özünü həmin general kimi təqdim edən şəxsin isə əslində kim olması sual altındadır. Bu dələduz hərbi hissədən uzun müddət çıxa bilmədiyinə görə maddi problemlərlə üzləşdiyini, ona pul lazım olduğunu da deyibmiş. Dələduz "hərbçi" qadına pul köçürmək üçün hesab da göndərib.

 

Əsl general Abrams Robert isə sosial şəbəkələrdə belə bir məlumat yayıb ki, onun adından yüz minlərlə qadınlara tanışlıq, ailə qurmaq təkilifləri göndərilir.


OXŞAR XƏBƏRLƏR

Rusiya Odessanı vurdu

Rusiya ordusu Ukraynanın Odessa şəhərinə növbəti dəfə dron zərbəsi endirib.   Sfera.az xəbər verir ki, hücum nəticəsində azı bir nəfər həlak olu...

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya təhvil verilib

İstifadəyə yararsız elektrik batareyalarının düzgün çeşidlənməsi və ekoloji cəhətdən təhlükəsiz şəkildə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvət...

"Biz ABŞ-yə necə etibar edəcəyik?" - Pezeşkian

“Tehran ABŞ-lə danışıqları bərpa etməyə hazırdır”.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud...

Bu rayonda əməliyyat keçirildi - Saxlanılanlar var

Sabunçu rayonunda soyğunçuluq hadisəsi baş verib.   DİN-in Mətbuat Xidmətindən Sfera.az-a verilən məlumata görə, iki naməlum şəxs zərərçəkənin 3000 m...

Pezeşkian İsrailin ona sui-qəsd cəhdi etdiyini açıqladı

İsrail hakimiyyəti İran Prezidenti Məsud Pezeşkiana qarşı sui-qəsd cəhdi edib.   Sfera.az xəbər verir ki, bu barədə İran prezidenti Taker Karlso...

Aysun İsmayılovanın keçmiş həyat yoldaşı qızı ilə bağlı paylaşım etdi - FOTO

Müğənni Aysun İsmayılovanın keçmiş həyat yoldaşı, vəkil Ramil Vəliyev sosial şəbəkə hesabındakı paylaşımı ilə diqqət çəkib.   Sfera.az xəbər ver...