Vitse-spiker: "Ombudsman Aparatının müstəqil olmaması barədə deyilən fikirlər qərəzlidir"

Vitse-spiker:
Ombudsman Aparatının müstəqil olmaması barədə deyilən fikirlər qərəzlidir və bu, mənfi qüvvələrin Azərbaycana uzadılmış əllərinin nəticəsidir.
 

Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova komitənin bu gün keçirilən iclasında Ombudsman Aparatının ötən ilki hesabatının müzakirəsi zamanı deyib.

O qeyd edib: "Biz həmişə düşünürük ki, bizdən kənarda olan təcrübələr daha yaxşı və daha müsbətdir. Amma bizim təcrübə praktikada daha yaxşıdırsa, qoy bizim təcrübədən yararlansınlar. Bəzi hallarda ünvanınıza müstəqil olmamağınız barədə gələn iradları da haqsız yanaşma kimi qəbul edin".

B.Muradova Ombudsman Aparatına edilən müraciətlərin sayının artmasına da münasibət bildirərək qeyd edib ki, müraciətlərin sayının artması həmin sahələr üzrə problemlərin artması demək deyil:

"Biz düşünürük ki, cəmiyyət getdikcə inkişaf edir və insanların hüquqi təfəkkürü formalaşır. Maarifləndirmə işləri genişləndikcə hər bir insan xırda pozuntunu öz hüququnun pozuntusu kimi qəbul edir və bu halda da ya Milli Məclisə, ya da Ombudsman Aparatına müraciət edir. Müraciətlərin sayının da çox olması buradan qaynaqlanır. Əlbəttə ki, Ombudsman Aparatı da öz səlahiyyətləri çərçivəsində bu işləri görməli və həyata keçirməlidirdir".

 

Vitse-spiker hesab edir ki, Ombudsman Aparatının fəaliyyəti Konstitusiyaya uyğun, yüksək səviyyədə qurulub.

O, Ombudsman Aparatının 2016-cı il üçün məruzəsinin Milli Məclis tərəfindən qəbul olunacağına ümid etdiyini də söyləyib.


OXŞAR XƏBƏRLƏR

Hərbçilərimiz Türkiyəyə yollandı - VİDEO

Konya şəhərində keçiriləcək “Anadolu Ankası- 2025” ("Anatolian Phoenix - 2025") beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edəcək Azər...

Bu səfər yeni əməkdaşlıq sahələrinin müəyyənləşdirilməsinə töhfə verəcək

Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri, səfər çərçivəsində imzalanan “Azərbaycan...

Fransa dondurulmuş Rusiya aktivlərini öz müəssisəsi üçün istifadə edəcək

Fransa dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəliri Parisin Kiyevə verdiyi “Caesar” özüyeriyən haubitsalarına xidmət etmək üçün istifadə edəc...

Bakıda bu məktəbdə “Son zəng” üçün pul yığılır? – RƏSMİ

Paytaxtdakı 207 nömrəli tam orta məktəbdə "Son zəng" tədbirinə görə məktəb direktoru tərəfindən vəsaitin tələb olunmasına dair iddialarla bağlı araşdı...

Ceyhun Mirzəyevin yeganə qızıMoskva küçələrində

"Ögey ana", "Fəryad" kimi məşhur filmlərdə rol alan mərhum aktyor Ceyhun Mirzəyevin qızı Cəmalə Mirzəyeva Moskvada küçədə yaşayır. &nbs...

Tərtərdə ağır qəza: Dörd nəfər xəsarət aldı

Tərtərdə baş vermiş yol-nəqliyyat hadisəsində 4 nəfər xəsarət alıb.   Sfera.az xəbər verir ki, qəza rayonun Sarıcalı kəndi ərazisində qeydə alın...