ERMƏNİLƏR ŞOKDA: "Qardaşıma görə narahatıq, 70 ölü, 300 yaralımız var"

ERMƏNİLƏR ŞOKDA:
Erməni mediası və sosial şəbəkədə aktiv olan ermənilər 24-25 fevral tarixlərində cəbhədə baş verənlərlə bağlı fikirlərini bölüşüb, narahatlıqlarını ifadə ediblər 

Hafta.az-ın apardığı araşdırma nəticəsində məlum olub ki, sadə ermənilər döyüşlərin aktiv fazaya keçməsindən narahatdırlar.

Diana Arutunyan (İrəvan):

"Cəbhədən həyəcanlı xəbərlər gəlməkdə davam edir. Vəziyyət kritikdir. Qardaşım da əsgərdir, bayaq telefonla danışdıq, dedi 3 maşın yaralı və meyidləri daşıyıb. Qardaşım üçün çox narahatıq. Eşitdiyimə görə 70 ölü, 300 yaralımız var”.

Alavez Manvelyan (Ağdərə):

"Hazırda Ağdərədəyəm. Burada panika hökm sürür. Bayaq bir əsgər gördüm, əlində təcili yardım qutusu vardı. Deyir belə getsə, buradan çıxası olacağıq. Ermənistan höküməti türklərlə döyüşü qarabağlıların öhdəsinə buraxıb deyəsən”.

Civilnet.am:

"İtkilərimiz var, yaralılar da çoxdur”.

Hayeli.am (Xoren Aypareçyan – Xankəndi):

"Hələ ki, itkilərin sayını gizlədəcəklər. Martın birindən bir-bir, iki-iki çıxaracaqlar ki, hər gün itki veririk. Bayaq xəbər verdilər ki, Berddən bir nəfəri öldürüblər. Özüm üçün yox, amma oğlum üçün qorxuram. Gələn il əsgər getməlidir”.

OXŞAR XƏBƏRLƏR