Mərkəzi Bankın İdarə Heyətinə YENİ NAZMİZƏDLƏR irəli sürüldü

Mərkəzi Bankın İdarə Heyətinə YENİ NAZMİZƏDLƏR irəli sürüldü

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası  keçirilib.

Sfera.az xəbər verir ki, MM-dən APA-ya verilən məlumata görə, komitə sədri Ziyad Səmədzadə gündəlikdəki məsələləri təqdim edib. İlk olaraq Alim Səlim oğlu Quliyevin, Vadim Ələddin oğlu Xubanovun, Aftandil Qasım oğlu Babayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvləri təyin edilməsi barədə məsələyə baxılıb.

Bu sənədlə əlaqədar Ziyad Səmədzadə, Ağalar Vəliyev, Şəmsəddin Hacıyev,  Xanhüseyn Kazımlı, Əli Məsimli, Mahir Abbaszadə, Aydın Hüseynov, İlham Əliyev, Rüfət Quliyev, Cavid Qurbanov  çıxış edərək hər üç şəxsin bank sektorunda uzun illik səmərəli fəaliyyətindən, ölkənin pul-kredit və maliyyə sistemində həm nəzəri, həm praktik bacarıqlarından söz açıblar.

Sonra Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə və "Dövlət  satınalmaları haqqında" qanuna  dəyişikliklər edilməsi barədə Ədliyyə Nazirliyinin nümayəndəsi Elçin Nəsibov məlumat  verib. 

İclasda Vergi Məcəlləsinə və "Hüquqi  şəxslərin  dövlət  qeydiyyatı və dövlət  reyestri haqqında"  qanun layihəsinə edilən texniki dəyişikliklərə də baxılıb. Komitədə müzakirə olunan bütün sənədlərin Milli Məclisin plenar iclasının müzakirəsinə təqdim edilməsi qərara alınıb. 



OXŞAR XƏBƏRLƏR

Dəfninə 3 sevgilisi gələn, dəfələrlə həbs olunan Nazim Hikmətin HƏYATI - VİDEO

"Aydın tarix" verilişinin yeni buraxılışı ictimai xadim, istedadlı şair və dramaturq Nazim Hikmətə həsr olunub.   Proqramda Nazim Hikmətin ...

Tramp: Maskın ağlını itirməsini görmək məni kədərləndirir

ABŞ prezidenti Donald Tramp iş adamı İlon Maskın "ağlını itirməsini" müşahidə etməkdən kədərləndiyini bildirib.   Sfera.az-ın məlumatı...

Bu gün bu ərazilərdə işıq olmayacaq

Biləsuvar və Cəlilabadda təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.   Sfera.az xəbər verir ki, Cənub Regional Enerj...

Bu gün hava necə olacaq? - PROQNOZ

İyulun 7-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 6-dan 7-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətl...

Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayıldı - VİDEO

Mərhum aktrisa Çimnaz Sultanovanın xəstəxanada çəkilən görüntüləri yayılıb.   Sfera.az xəbər verir ki, aktrisa Milli Onkologiya Mərkəzində müalicə al...

Beyləqanda hündürlükdən yıxılan usta VƏFAT ETDİ

Beyləqanda bir müddət əvvəl restoranda təmir işləri aparan zaman hündürlükdən yıxılan ustalardan biri ölüb, digərinin vəziyyəti ağırdır.   Sfera.az&n...