Gömrükdən keçirilən mal və nəqliyyat vasitələri üzərində nəzarət gücləndirilir

Gömrükdən keçirilən mal və nəqliyyat vasitələri üzərində nəzarət gücləndirilir

Martın 1-dən etibarən "Giriş-çıxış və qeydiyyat" idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" Azərbaycan Prezidentinin 21 may 2016-cı il tarixli 918 nömrəli fərmanı ilə Dövlət Gömrük Komitəsinin üzərinə qoyulan vəzifələrin icrasına başlanılacaq.

Sfera.az xəbər verir ki, komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, həmin fərmana əsasən gömrük orqanlarına verilən səlahiyyətlər müvəqqəti idxal və ixrac gömrük proseduru ilə gömrük sərhədindən keçirilən mal və nəqliyyat vasitələri üzərində gömrük nəzarətinin daha da gücləndirilməsinə imkan verəcək.

Beləliklə, fiziki şəxslər tərəfindən müvəqqəti gətirilən və ya aparılan mal və ya nəqliyyat vasitələrinin vaxtında qaytarılması gömrük orqanları tərəfindən ciddi nəzarətə götürüləcək. Fiziki şəxslər gömrük orqanları qarşısında götürdükləri öhdəliyi yerinə yetirmədikləri, yəni müvəqqəti gətirdiyi və ya apardığı mal və ya nəqliyyat vasitələrini vaxtında qaytarmadıqları halda, sərhədkeçmə zamanı məhdudiyyətlə üzləşəcəklər.

 

Fərmanın icrası ilə əlaqədar mövcud normativ hüquqi aktlarda müvafiq dəyişikliklər aparılıb və bu dəyişikliklər ölkəmizə turist axınının artmasına mane olan halların aradan qaldırılmasına ölkəmizə səyahət edən turistlərin sayının artmasına da şərait yaradacaq.


OXŞAR XƏBƏRLƏR

Bu gündən Azərbaycanda qadınların pensiya yaşı artırılır

Bu gündən Azərbaycanda qadınlar üzrə pensiya yaşı 6 ay artırılır.   Sfera.az xəbər verir ki, 1 iyul 2025-ci il tarixindən qadınlar üzrə pensiya yaşı ...

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...