Kəmaləddin Heydərov hadisə yerində - fotolar

Kəmaləddin Heydərov hadisə yerində -  fotolar

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov “Günəşli” yatağındakı 10 saylı 

özüldə baş vermiş qəza ilə əlaqədar hadisə yerində olub.

FHN-dən Sfera.az-a verilən məlumata görə, əraziyə baxış keçirən nazir baş 

vermiş yanğının söndürülməsi, itkin düşənlərin axtarışı işlərinin gedişi ilə yerində

 tanış olub.

Sonra nazir Kəmaləddin Heydərov, Azərbaycan Respublikası Dövlət Neft Şikətinin 

prezidenti Rövnəq Abdullayev, Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının 

komandanı general-polkovnik Elçin Quliyev hadisə zonasında yaradılmış qərargahda

 birgə müşavirə keçirib. Qəza-xilasetmə əməliyyatının gedişi ilə bağlı məsələləri

 müzakirə edilib.

 




OXŞAR XƏBƏRLƏR