"Sənin ananın adı İlhamə yox, Lalədir" - İlhamə Quliyevanın bacısından Orxana

Mərhum xalq artisti İlhamə Quliyevanın bacısı Gülbahar Quliyeva Orxan Nadirovun ittihamlarına cavab verib. 

Axşam.az-a açıqlama verən G.Quliyeva bildirib ki, bacısının yas mərasiminin xərcini Orxan yox, dövlət ödəyib:

"Orxanın danışdıqları yalandır. İnsanlara bu sözləri keçmir, keçməyəcək də. Onun bu günə kimi verdiyi müsahibələrin hamısı şər üzərində qurulub. Onun yalanları ayaq tutsa da, yerimədi, axıra kimi də belə gedəcək.

"Anam onu dedi, nənəm belə etdi” sözlərini deməsin... Sənin ananın adı İlhamə yox, Lalədir. Onun hərəkəti sui-istifadədir. 

Deyir 40 gün yas verdim. İlhamə xanımın ölümü ilə bağlı bütün xərcləri Orxan Nadirov yox, dövlətimiz ödəyib. Deyir, guya heç kim bundan başqa yas saxlamayıb. İlk İlhaməni sevənlər yas saxladılar. Bir ildir onun bacıları, qohumları yas saxlayır, heç bir toya getmir. Özü də hamımız yasda da iştirak etmişik. Bacılar qara bayram keçirib, onun ruhuna "Quran” oxutdurublar.

Bizim ailə bu məsələ ilə bağlı heç bir açıqlama verməyib. Şoudan, qalmaqaldan uzaq olmuşuq. Deyir miras davası etmirəm, niyə yalan danışır? Heç kim öz xoşu ilə varis olmur. Varisi qanun tətbiq edir. Onun iddiaları qanunsuz olduğu üçün heç yerdə də keçmir”.

Qeyd edək ki, O.Nadirov açıqlamasında İ.Quliyevanın bacılarının tək məqsədinin mərhumun mirasına sahib olmaq olduğunu bildirib.

OXŞAR XƏBƏRLƏR

Sumqayıtda bıçaqlanan qadın xəstəxanada öldü

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb.   Qadının həyat y...

Bakıda saxlanılan ruslardan ibarət cinayətkar dəstə üzvləri ilə bağlı QƏRAR VERİLDİ

Xəbər verdiyimiz kimi İrandan narkotik vasitələrin tranzitində, onlayn dövriyyəsində və kiberdələduzluq cinayətlərində şübhəli bilinən Rusiya vətəndaşlarından i...

İkinci əl Çin avtomobili alarkən nələrə diqqət edilməlidir? - VİDEO

Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda satılır. B...

Elçin Şıxlı Rusiyada həbs edilən qohumundan danışdı: Nüfuzlu şəxslərdən biridir

"Şahin Şıxlınski bizim qohumdur. Ümumiyyətlə, bütün Şıxlinskilərin hamısı bir-birinə qohumdur. Təbii ki, Şahini yaxşı tanıyıram. O, keçmiş sovet dövründə h...

Qaxda traktor gölə düşdü, sürücüsü boğularaq öldü

Axşam saatlarında Qaxın Qıpçaq kəndinin inzibati ərazisində traktor gölə düşüb.   Sfera.az xəbər verir ki, kənd sakini 48 yaşlı Adil Bayramov sa...

Vəkillər Kollegiyası azərbaycanlılara qarşı zorakılıqla bağlı beynəlxalq təşkilatlara müraciət edəcək

Vəkillər Kollegiyası Rusiyada azərbaycanlılara qarşı zorakılıq faktları ilə bağlı beynəlxalq hüquq-müdafiə təşkilatlarına müraciət edəcək.   Sfera.az...