Ermənistanın Müdafiə Nazirliyinə hücum edildi
12:42 / 23.02.2017
919
Ermənistanın paytaxtı İrəvanda insident baş verib.
Sfera.az azvision.az-a istinadən xəbər verir ki, fevralın 23-də saat 00:20 radələrində sərxoş paytaxt sakini A.Epremyan idarə etdiyi "Opel Astra" markalı avtomobillə Ermənistanın Müdafiə Nazirliyinin 2 nömrəli kompleksinin giriş qapısını dağıdaraq nazirliyin ərazisinə daxil olub.
Qanunsuz olaraq nazirlik ərazisinə daxil olan şəxs nəzarət-keçid məntəqəsində xidmət aparan əsgər tərəfindən atəşə tutulub. Ona 8 dəfə atəş açılıb.
Ermənistan İstintaq Komitəsi faktla bağlı araşdırma aparır.