Danimarka şirkətləri Azərbaycan büdcəsinə daha çox vergi ödəyəcək

Danimarka şirkətləri Azərbaycan büdcəsinə daha çox vergi ödəyəcək

Azərbaycan və Danimarka hökumətləri arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiyanın imzalanması Beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində növbəti addımdır.

Sfera.az xəbər verir ki, Vergilər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirlik son illər ikiqat vergitutmanın aradan qaldırılmasını nəzərdə tutan sazişlər şəbəkəsini əhəmiyyətli dərəcədə genişləndirib.

İkiqat vergitutmanın aradan qaldırılması barədə beynəlxalq sazişlərin imzalanması ölkədə əlverişli investisiya mühitinin yaradılmasına birbaşa təsir göstərməklə yanaşı, həm də vergidən yayınma hallarının qarşısının alınması məqsədilə vergi orqanlarının birbirinə qarşılıqlı yardım göstərməsi üçün əlavə imkanlar yaradır.

Danimarkanın vergilər naziri Karsten Lauritzen sazişin imzalanmasının Azərbaycan və Danimarka arasında mövcud olan düzgün siyasi əlaqələrin, qarşılıqlı münasibətlərin, məhsuldar iqtisadi əlaqələrin daha da inkişafına şərait yaradacağını vurğulayıb: "İkiqat vergitutmanın aradan qaldırılmasının ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyini, eləcə də vergidən yayınmanın qarşısının alınmasına xidmət edəcəyini düşünürük. Bu sənəd hər iki ölkənin şirkətləri və iş adamları üçün geniş imkanlar açacaqdır".

Azərbaycanın artıq neftdən asılı iqtisadiyyatdan uzaqlaşaraq, postneft dövrünü yaşadığını bildirən danimarkalı nazir ölkəmizin iqtisadi imkanların yüksək qiymətləndirib: "Bu gün Azərbaycan iqtisadiyyatından danışanda yalnız neftlə kifayətlənmirlər, ölkə iqtisadiyyatı kifayət qədər şaxələndirilib və sözün həqiqi mənasında, böyük və hərtərəfli sənaye kompleksi yaradılıb. Bir çox sahələr, xüsusilə kənd təsərrüfatı üzrə Danimarka şirkətləri Azərbaycana böyük maraq göstərirlər. Yəqin ki, yaxın zamanlarda bu sahədə mühüm irəliləyişlər olacaq. Azərbaycan iqtisadiyyatında müqayisəli üstünlüklərin mövcudluğu, qeyri-neft sektorunun rolunun davamlı şəkildə genişlənməsi və istehlakın artması əcnəbi investorların nəzərindən qaçmır. Danimarkanın bir çox böyük şirkətləri Azərbaycana investisiya yatırmağa maraqlıdırlar. Güman edirəm ki, ikiqat vergitutma ilə bağlı sazişin imzalanmasından sonra bu, reallığa çevriləcək".

Hazırda dünyanın əksər ölkələri ikiqat vergitutmanın beynəlxalq ticarət, kapitalın sərbəst hərəkəti və bazarların inkişafı üçün maneələr yaratdığı qənaətinə gəliblər. Ona görə də dövlətlər ikiqat vergitutma problemini daxili qanunvericiliyin dəyişdirilməsi və beynəlxalq sazişlərin bağlanması yolu ilə həll etməyə çalışırlar.

Son dövrlərin iqtisadi göstəricilərinə əsasən, ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi aşağı səviyyədədir. Bu da müəyyən mənada Azərbaycanda çox az sayda danimarkalı iş adamları və şirkətlərinin olmasından irəli gəlir. Danimarkalı nazir ümid etdiyini bildirib ki, bu saziş imzalandıqdan sonra onların sayı daha da artacaq. Bu isə son nəticədə Danimarka şirkətlərinin Azərbaycan büdcəsinə daha çox vergi ödəyəcəyi deməkdir.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...