Hesabat: "Dağlıq Qarabağ münaqişəsindən sonrakı bərpa xərcləri də həddindən çox olacaq" - FOTO

Hesabat:

Bu gün Bakıda "Azərbaycan ərazilərinə silahlı erməni təcavüzü: itki və tələfatlar" mövzusunda beynəlxalq konfrans keçirilib.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə Prezident Administrasiyası rəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, dövlət və hökumət nümayəndələri, xarici ölkələrin Azərbaycandakı səfirləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak edib.

Konfransda Azərbaycan Respublikası Ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi qrupunun üzvü, "MBA" qiymətləndiricilər şirkətinin direktoru Nüsrət İbrahimov Dağlıq Qarabağ münaqişəsi nəticəsində Ermənistan tərəfindən Azərbaycana vurulmuş maddi və mənəvi zərərə dair hesabatla çıxış edib.

Hesabatda qeyd olunub ki, Ermənistanın havadarlarının himayəsi altında həyata keçirdiyi silahlı təcavüz və işğal nəticəsində Azərbaycanın məruz qaldığı itki və tələfatlar zaman keçdikcə sürətlə artmaqda davam edir ki, bu da münaqişədən sonrakı bərpa xərclərinin də həddindən çox olacağına dəlalət edir.

Hazırda Ermənistan tərəfindən işğal olunan Azərbaycan ərazilərindəki zəngin yeraltı və yerüstü təbii sərvətlərin talan edilməsi, həmçinin torpaqlarımızın işğalının ümumi daxili məhsulun strukturuna mənfi təsiri davam etməkdədir. Azərbaycanda məhsuldar və rəqabətli kənd təsərrüfatı məhsulları istehsalının və bunun müqabilində emal sənayesinin zəifləməsi, Azərbaycanın yay otlaqlarının 70%-nin işğal altında qalması, işğal olunmuş ərazilərdən başqa cəbhə xəttindən Azərbaycanın içərilərinə doğru 50-80 kilometrə qədər məsafədə olan bölgələrin mədəni, mənəvi, sosial-iqtisadi, təbii sərvətlər potensialından istifadədən məhrumiyyətlərə gətirib çıxarır. Beləliklə, qeyd olunan amillərə görə investisiya qoyuluşunun mümkünsüzlüyü kimi əsaslı təsirlər nəticəsində Azərbaycan böyük itki və zərərlərə məruz qalmaqda davam edir.


OXŞAR XƏBƏRLƏR

Alimlər ilk görüşdə qadın və kişilərin əsas səhvlərini açıqlayıblar

Polşa və ABŞ-dən olan beynəlxalq alimlər qrupu kişi və qadınların ilk görüşlərdə özləri haqqında danışarkən (özünü təqdimat) buraxdıqları əsas səhvləri müəyyən ...

Borc içində batan işçi 100 min dollar dəyərində almaz tapıb - FOTO

40 yaşlı Raju Qond istənilən işlə məşğul olsa da, illərlə yoxsulluqdan qurtula bilməyib. Lakin o, təxminən 100 min dollar dəyərində 19,22 karatlıq almaz tapdıqd...

Tarixdəki ən böyük kütləvi qəza: 146 delfin

Okean Yer səthinin böyük hissəsini əhatə edir və bir çox nadir heyvan növlərinə ev sahibliyi edir. Təəssüf ki, alimlər hər il məməlilərin özlərini kütləvi sahil...

Həkimlər sağlam yuxunun sirrini açıblar

Bir insanın maksimum məşğulluğu sağlamlıq və sağlam yuxuya kömək edir.   Sfera.az xəbər verir ki, bunu pediatr Piroqova Alexander bildirib.   ...

Sabah bu ərazilərdə işıq olmayacaq

Cənub regional enerji təchizatı və satışı idarəsinə (RETSİ) daxil olan rayonların elektrik şəbəkələrində şənbə günü iməclik işlərinin keçirilməsi ilə əlaqədar s...

Aygün Kazımovanın adından dələduzluq -Saxta bilet satırlar

Xalq artisti Aygün Kazımovanın adından dələduzluq edilib.    Sfera.az xəbər verir ki, TikTok-da "Fərişş_Ticket" adlı səhifə Pop kraliç...