Tarixin ən böyük neft qəzaları - FOTOLAR

Tarixin ən böyük neft qəzaları -  FOTOLAR

“Günəşli” yatağında baş verən qəza həm insan, həm də iqtisadi itki baxımından ölkəmiz üçün faciədir. Dövlət başçısı tərəfindən də faciə ilə bağlı rəsmi matəm elan olundu. Hazırda yanğının söndürülməsi, həmçinin, itkin düşən neftçilərin tapılması istiqamətində iş aparılır. Lakin o da məlumdur ki, dünyada heç bir ölkə bu cür qəzalardan sığortalanmayıb.

Sfera.az dünyada ən böyük neft qəzalarını təqdim edir:

1967-ci il, İngiltərə.

120 ton xam neft daşımaq gücünə sahib olan o dövrün ən böyük tankerlərindən biri “Torrey Canyon”un İngiltərə sahillərində sal daşlara oturması nəticəsində böyük fəlakət baş verib. 120 tona qədər neft dənizə tökülüb. İngiltərə və Fransa arasında dənizə yayılan neft 15 min dəniz quşunu məhv edib, onun təsirləri illərlə davam edib.

1978-ci il, Fransa.

“Amoco Cadiz” neft tankeri Fransanın Brötanya bölgəsində batıb. Nəticədə 261,2 milyon litr neft sulara qarışıb.

1978-ci il, Meksika.

Meksikanın Cuidad del Carmen şəhəri sahillərində “İxtoc” kəşfiyyat quyusu partlayıb. 530 milyon litr neft sulara qarışıb.

1979-cu il, İstanbul boğazı.

“İndependenta” adlı tanker “Evriali” adlı yunan tankeri ilə toqquşması nəticəsində 95 min ton neft boğaz sularına yayılıb. Qəza nəticəsində 43 dənizçi həyatını itirib.

1979-cu il, Trinidad və Taboqo.

Yunanıstanın neft tankeri Ege dənizində yaranan fırtına nəticəsində başqa bir gəmi ilə toqquşub.

1983-cü il, Cənubi Afrika.

“Castillo de Bellver” neft tankeri sahil yaxınlığında batıb. 299 milyon litr neft sulara axıb.

1983-cü il, İran.

Neft dolu tanker qüllərə çırpılaraq batıb. 302,8 milyon litr neft sulara qarışıb.

1989-ci il, Alyaska.

“Exxon Valdez” neft tankerui Prens Villiam sahillərində qayalara çırpılıb. Nəticədə milyonlarla canlı həyatını itirib. Sulara qarışan neftin miqdarı 40,9 milyon litrə qədər olub.

1991-ci il, Küveyt.

Körfəz müharibəsində İraq ordusu neft quyuları və boru kəmərləri partladaraq tarizin ən böyük neft sızıntısına səbəb olub. Sızıntının miqdarı 1,968,4 milyon litrə qədər olub.

1994-cü il, İstanbul boğazı.

100 min ton neft daşıyan yunan Kiprinə məxsus “Nassia” tankeri yük gəmisi ilə toqquşub. Nəticədə böyük bir yanğın olub və 30 nəfər həyatını itirib. 20 min ton neft sulara qarışıb, həmçinin, İstanbulun sahil əraziləri də ciddi zərər görüb.

1999-cu il, Fransa.

İtaliyaya doğru üzən “Erika” tankeri 31 min ton neftlə birlikdə Fransanın Brötanya sahillərində batıb.

2002-ci il, Finisterre burnu.

77 min 127 min ton neft daşıyan 26 yaşlı “Prestige” tankeri Finisterre burnunda neft sızdırmağa başlayıb. Ardınca İspaniya limanlarına yaxınlaşan tankerdəki bütün neft İspaniya və Fransa sahillərinə tökülüb.

2010-cu il, Meksika körfəzi.

Körfəzdə bp-ə məxsus “Deepvater Horizon” quyusunda baş verən qəza ABŞ tarixində ən böyük neft qəzası olaraq tarixə keçib. 2010-cu ilin 20 aprelində baş verən qəzada 11 nəfər həyatını itirib, 17 nəfər yaralanıb. Partlayışdan sonra neft sızmasının qarşısını uzun müddət almaq mümkün olmayıb.  /file/articles//file/articles/publika.az


OXŞAR XƏBƏRLƏR

Dini qurumlara maliyyə yardımı ayrıldı - Prezidentdən SƏRƏNCAM

Azərbaycandakı dini qurumlara maliyyə yardımı ayrılıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev dini qurumlara maliyyə...

Azərbaycanın neft hasilatı azalıb - RƏSMİ

Azərbaycan hazırda 3 yataqdan neft çıxarır.   Sfera.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, 2024-cü ildə 29,1 milyon ton neft (kondensat...

Azərbaycanın ən böyük bankı maliyyə vəziyyətini açıqladı

Aktivlərinin həcminə görə ölkəmizdə ən böyük bank olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 2024-cü il (yanvar-dekabr) üzrə maliyyə göstəriciləri...

Mənzil bazarında çöküş - Qiymətlər sürətlə enir

Azərbaycanın mənzil bazarında son aylarda satışla bağlı durğunluğun yaranması müşahidə edilir. Bazarda alıcıların azalması mənzil satanları çətin vəziyyətə salı...

Karyerada inkişaf, yeni imkanlar, dəyişikliklər... - “Planetlərin böyük paradı” bürclərə nə vəd edir?

Xəbər verdiyimiz kimi, 2025-ci ildə 3 dəfə “planetlərin böyük paradı” müşahidə olunacaq.  Bunlardan biri 21 yanvar tarixində baş verəcək. Belə ...

İranda təyyarə qəzaya uğradı - Ölənlər var

İran polisinə məxsus təlim təyyarəsi qəzaya uğrayıb.   Sfera.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb. Rəşt şəhəri yaxın...