Xərçəngin 10 ƏSAS SİMPTOMU: bunu hamı bilməlidir

Xərçəngin 10 ƏSAS SİMPTOMU: bunu hamı bilməlidir
Son zamanlar bütün dünyada xərçəng xəstəliyinin müalicəsində çox ciddi irəliləyiş müşahidə olunur.
Lakin müalicənin uğurlu nəticələri xəstəliyin nə zaman aşkar olunmasından asılıdır. İlkin mərhələlərdə aşkar olunmuş xəsrçəngin demək olar bütün formaları yaxşı müalicə olunur və xəstənin tam sağalması ilə nəticələnir. Onkologiyanın əsas problemlərindən biri məhz xərçəngin vaxtında aşkar olunmasındadır.

Xərçəng çox hiyləgər xəstəlikdir. İlkin mərhələlərdə xərçəng özünü çox cüzi simptomlarla büruzə verir. Bu səbəbdən hər bir insan xərçəngin ilk simptomlarını bilməli və bədənin siqnallarına daim diqqətli olmalıdır.
Saglamolun.az bildirir ki, beləliklə, xərçəngin ilkin simptomları arasında:
1. Qadınlarda süd vəzilərində istənilən bərkimiş sahələr, gilələrdən mayenin, qanın, irinin ifraz olunması, gilənin formasının, görünüşünün dəyişilməsi.
2. Anus nahiyəsindən qanaxmalar. Qan al qırmızıdırsa, bu əksər hallardan babasilin simptomudur. Lakin qan tünd rəngdədirsə, bu düz bağırsaq xərçənginin simptomu ola bilər. Hər bir halda anus nahiyəsindən qanın ifrazı proktoloqa müraciət etmək üçün ciddi səbəb sayılır.
3. Qadınlarda menstruasiya ilə bağlı olmayan qanaxmalar - menstruasiyalar arası qanaxmalar, cinsi əlaqə zamanı, ginekoloji baxım zamanı qanaxmalar. Klimaks dövründə olan və aybaşı kəsilmiş qadınlarda cinsi yollardan qanlı ifrazatların olması çox təhlükəli simptomdur.
4. Sidikdə qan izləri.
5. Heç bir müalicəyə tabe olmayan, sağalmayan öskürək.
6. Limfa düyünlərində dəyişikliklər - bərkimə, böyümə.
7. Daim səbəbsiz yorğunluq, zəiflik, bədən çəkisinin səbəbsiz olaraq azalması.
8. Ağız boşluğunda sağalmayan yaralar və xoralar.
9. Xalın formasının, rənginin dəyişilməsi, xalın böyüməsi, qanaması.
10. Qarın böşluğunda, beldə, kürək nahiyəsində, kiçik çanaqda və s. nahiyələrdə tez-tez təkrarlanan ağrılar.

OXŞAR XƏBƏRLƏR

Moskvada azərbaycanlı qanuni oğru saxlanıldı - VİDEO

Moskvada “qanuni oğru” Vaqif Süleymanov (Vaqif) saxlanılıb.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri xəbər verir.   ...

Rusiyanın ombudsmanı Səbinə Əliyevaya müraciət etdi

Rusiyanın insan hüquqları üzrə müvəkkili Tatyana Moskalkova bir sıra Rusiya vətəndaşlarının Azərbaycanda saxlanılması ilə bağlı azərbaycanlı həmkarı Səbinə Əliy...

Əsir və girovlarımızın başına nələr gətirilib?- MƏHKƏMƏ

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Prezidentlər Ayköl Manas adına məktəbin açılışını etdilər

Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstanın dövlət başçısı Sadır Japarov Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbinin açılışını ediblər.  ...

Ölkəni silkələyən qəza: 19 nəfərə hökm oxundu

Bu il yanvarın 18-də İmişli rayonunda baş verən yol qəzasından sonra xuliqanlıq hərəkətlərinə görə saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi keçiril...

Bu universitetin prorektoru vəfat etdi

Odlar Yurdu Universitetinin elmi işlər üzrə prorektoru, professor Tərlan Abdullayev vəfat edib.   Sfera.az xəbər verir ki, bu barədə universitetdən m...