Bu görüntüləri heç görmədiniz – VİDEO
08:28 / 08.12.2015
1125
1912-1948-ci illərdə yaşamış holland Mirin Dajo xüsusi qabiliyyəti sayəsində məşhurlaşmışdı.
Sfera.az axar.az-a istinadən xəbər verir ki, bədəninin müxtəlif nahiyələrindən qılınc keçirə bilən Dajo bu tryuklar zamanı heç bir xəsarət almayıb.
...Alman çoban iti Miki ən çox atlana bilən it kimi tarixə düşüb. Onun 1930-cu ildə etdirdiyi nümayiş bütün dünyada əks-səda doğurmuşdu.
...1940-cı ildə ABŞ-ın Takoma şəhərində inşa edilən və 4 aydan sonra çökən Takoma körpüsünün çökmə anı... 42 mil sürətlə əsən külək bu körpünü yerlə-yeksan etmişdi.
...Məşhur ixtiraçı Frans Rayxeltin ölüm atlayışı. 1912-ci ildə Eyfel qülləsindən özünün hazırladığı paraşütlə atılıb.