Cəsədlər morqa gətirildi – ADLAR/FOTOLAR (YENİLƏNİB)
“Günəşli” yatağında baş vermiş faciədə həyatını itirən neftçilərdən dördünün cəsədi 3 saylı Sabunçu xəstəxanasının morquna gətirilib.
Sfera.az xəbər verir ki, publika.az-ın hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, itkin düşmüş neftçilərin yaxınları, eləcə də rəsmi şəxslər xəstəxananın həyətinə toplaşıb.
Neftçilərin yaxınları cəsədlərin kimliyini müəyyənləşdirmək üçün morqda baxışa dəvət olunub. Artıq cəsədlərin kimə aid olduğu dəqiqləşib: 1984-cü il təvəllüdlü Mayılov Samir Cahangir oğlu, 1957-cü il təvəllüdlü Quliyev Fəxrəddin Xancan oğlu, 1965-cü il təvəllüdlü İsgəndərov Habil Tağı oğlu və 1963-cü il təvəllüdlü Babayev Mikayıl İsmayıl oğlu. Verilən məlumata görə, hüquq-mühafizə orqanları tibbi ekspertiza üçün cəsədləri yarmayacaq.
Cəsədlərin kimliyi müəyyənləşdirəndən sonra yaxınlarına təhvil veriləcək.