Prezident İlham Əliyev Bakı Mühəndislik Universiteti ilə bağlı sərəncama dəyişiklik etdi

Prezident İlham Əliyev Bakı Mühəndislik Universiteti ilə bağlı sərəncama dəyişiklik etdi

Azərbaycan prezidenti İlham Əliyev "Bakı Mühəndislik Universiteti" publik hüquqi şəxsin Nizamnaməsi"nin təsdiq edilməsi və "Bakı Mühəndislik Universitetinin yaradılması haqqında" 2016-cı il 8 noyabr tarixli 2429 nömrəli sərəncama dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Sfera.az AZƏRTAC-a istinadla bildirir ki, fərmanda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Bakı Mühəndislik Universiteti" publik hüquqi şəxsin Nizamnaməsi" təsdiq edilsin (əlavə olunur).

2. "Bakı Mühəndislik Universitetinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 8 noyabr tarixli 2429 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 11, maddə 1868) aşağıdakı dəyişikliklər edilsin:

2.1. adında "Bakı Mühəndislik Universitetinin" sözləri "Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində "Bakı Mühəndislik Universiteti" publik hüquqi şəxsin" sözləri ilə əvəz edilsin;

2.2. 1-ci hissədə "bu sahədə ali" sözləri "orta ixtisas, ali" sözləri ilə, "Bakı Mühəndislik Universiteti" sözləri "Bakı Mühəndislik Universiteti" publik hüquqi şəxs" sözləri ilə əvəz edilsin;

2.3. 2.1-ci və 2.5-ci bəndlərdə "Bakı Mühəndislik Universitetinin" sözləri "Bakı Mühəndislik Universiteti" publik hüquqi şəxsin" sözləri ilə əvəz edilsin.

3. Müəyyən edilsin ki:

3.1. "Bakı Mühəndislik Universiteti" publik hüquqi şəxsin rektorunu Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir;

3.2. "Bakı Mühəndislik Universiteti" publik hüquqi şəxsin təsisçisinin "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2.1-ci və 8.2.2-ci maddələrində nəzərdə tutulan səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

 

3.3. "Bakı Mühəndislik Universiteti" publik hüquqi şəxsin təsisçisinin "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2.3-cü, 8.2.4-cü ("Bakı Mühəndislik Universiteti" publik hüquqi şəxsin rektorunu vəzifəyə təyin və vəzifədən azad etmək səlahiyyəti istisna olmaqla), 8.2.5-ci və 8.2.6-cı maddələrində nəzərdə tutulan səlahiyyətlərini Azərbaycan Respublikasının Təhsil Nazirliyi həyata keçirir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

4.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

4.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

4.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Azərbaycan Respublikasının Vergilər Nazirliyi "Bakı Mühəndislik Universiteti" publik hüquqi şəxsin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

7. Azərbaycan Respublikasının Təhsil Nazirliyi bu Fərmandan irəli gələn məsələləri həll etsin".


OXŞAR XƏBƏRLƏR

Məşhur Xalq şairi xəstəxanaya yerləşdirildi - FOTO

Xalq şairi Nəriman Həsənzadə ürəyində yaranan narahatlıqla əlaqədar xəstəxanaya yerləşdirilib.   Sfera.az xəbər verir ki, bu barədə Xalq şairinin yax...

"Vəfat etmiş övladının maketinə toy etmək ağıllı adamın işi deyil, ağsaqqal, ağbirçək hara baxır?" - Sosioloq

Dünyanın bir çox ölkələrində dəfn prosesi ölünü torpağa basdırmaqla və ölü yaxınlarının bir yerə toplaşıb hüznlə acılarını bölüşməsi ilə həyata keçirilir. Lakin...

Belarusda ikinci AES tikilə bilər

Belarus prezidentliyinə namizəd, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Syrankov hesab edir ki, respublikanın ikinci Atom Elektrik Stansi...

Dini qurumlara maliyyə yardımı ayrıldı - Prezidentdən SƏRƏNCAM

Azərbaycandakı dini qurumlara maliyyə yardımı ayrılıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev dini qurumlara maliyyə...

Azərbaycanın neft hasilatı azalıb - RƏSMİ

Azərbaycan hazırda 3 yataqdan neft çıxarır.   Sfera.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, 2024-cü ildə 29,1 milyon ton neft (kondensat...

Azərbaycanın ən böyük bankı maliyyə vəziyyətini açıqladı

Aktivlərinin həcminə görə ölkəmizdə ən böyük bank olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 2024-cü il (yanvar-dekabr) üzrə maliyyə göstəriciləri...