"İstəyərdim ki, Hikmət də yanımızda olsun, nəvəsini görsün, AMMA ..."
Maqazin
11:57 / 20.02.2017
969
Bəstəkar Nailə Mirməmmədli yeni doğulan və öz adını qoyduğu nəvəsindən danışıb.
BiG.AZ-ın məlumatına görə, bəstəkar "Lider maqazin"ə açıqlamasında nəvəsinin ona oxşadığını deyib:
"Nənə - çox gözəl bir tituldur. Gözləri iridir, mənimkinə oxşayır. Pozitiv uşaqdır, ağlayan deyil, xoşlayır ki, onunla söhbət edəsən. Ümidim onadır ki, musiqiçi olsun. Yaradıcı insanların ailədə mütləq davamçısı olmalıdır. Nənə olmaq məsuliyyətlidir. Geyim tərzimdə ciddilik etməyə çalışıram. İstəyirəm mənimlə fəxr etsin. 4 aylıqdır, bir az böyüsün, sırğa taxıb, saçına bant vurum. İndi maraqsızdır, daha sonra mediaya göstərəcəm. Əvvəldən fikirləşmişdik ki, oğlan olsa Hikmətin (həyat yoldaşı, mərhum Hikmət Mirməmmədli - red.), qız olsa, mənim adımı qoyacağıq. Bir az da Hikmətə oxşayır. Çox istəyərdim ki, Hikmət də yanımızda olsun, nəvəsini görsün. Amma qismət".