Rayonlara zəng etmək pulsuz oldu

Rayonlara zəng etmək pulsuz oldu
Artıq ölkəmizin rayon və kəndlərində yaşayanlar Bakıdakı qohum-əqrəbaları ilə uzun-uzadı hər hansı bir limit olmadan telefonla danışa bilər.

Bu, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RİTN) tərəfindən təqdim edilən yeni xidmətlərdən biridir.

Xidmətin yaradılmasında məqsəd respublikanın bütün bölgələrində yaşayan hər bir vətəndaşın rahatlığını təmin etməkdir.

Nazirlikdən bildirilib ki, "585 – Daşınan şəhər telefon nömrəsi” xidməti bir çox üstünlüklərə malikdir. Belə ki, "585 – Daşınan şəhər telefon xidməti” çərçivəsində Bakı şəhər şəbəkəsi statusuna malik sabit telefon nömrələri artıq bölgələrdə də "585” indeksi ilə eyni statusla işləyir. Yəni 585 prefiksli nömrəsi olan rayon abunəçiləri (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) şəhərlərarası, şəbəkədaxili və simsiz telefon şəbəkəsi (CDMA) ilə limitsiz danışıqlar apara bilər.
Belə nömrələrdən istifadə edən abunəçilər adi qaydada internet şəbəkəsinə də qoşularaq internet və televiziya (İPTV və ya WebTV) xidmətlərindən yararlana bilərlər.
Qeyd edək ki, 585 prefiksli bütün nömrələrdən mobil şəbəkələr və beynəlxalq istiqamətlər üzrə xidmətlər isə ödənişlidir.
Bu telefon nömrələrini əldə etmək üçün əvvəlcə "585” prefiksli telefon çəkilişi həyata keçirmək lazımdır. Xidmətdən istifadə etmək istəyənlər bunun üçün yaşayış yeri və qeydiyyatda olduğu ərazinin Telekommunikasiya Qovşağına müraciət etməlidirlər. Telefonun çəkiliş haqqı 30 manatdır. Ayda 15 manat abunə haqqı ödəməklə, bu telefonların limitsiz danışıq xidmətindən istifadə etmək mümkündür.
Bildirilib ki, Tarif Şurasının mövcud qərarına görə, hazırda digər indekslə başlayan şəhər nömrələri üzrə telefondan istifadəyə görə aylıq tarif 2.5 manat, bir dəqiqəlik şəhərlərarası danışıq tarifi isə 0.05 manat təşkil edir.
"Aztelekom” MMC-nin şəbəkəsində 2015-ci ilin mart ayından istifadəyə verilən "585” prefiksi telefon rabitə xidmətindən hazırda 42 rayon Telekommunikasiya Qovşağının xidməti ərazisində istifadə edilir. Digər rayonların Telekommunikasiya Qovşağının Mərkəzi stansiyalarında "585” prefiksinin tanıtdırılması ilə bağlı iş aparılır. Hazırda xidmətdən 1030 abunəçi yararlanır.(ictnews.az)

OXŞAR XƏBƏRLƏR

Leyla Əliyeva və Arzu Əliyeva Bakıda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevan...

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş sistemlərinin tətbiqi mümkündür. Yəni sərnişinlər əlavə kart və ya vəsait daşımağa ehtiyac ol...

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTOLAR

İtaliyanın paytaxtı Romadakı məşhur “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdim...

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açı...

Dövlət başçısı Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...

İlham Əliyev Ulu Öndərlə bağlı paylaşım etdi - VİDEO

Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı rəsmi "Instagram" səhifəsində videoçarx paylaşıb. ...