Cocuq Mərcanlıda 120 ədəd qəlpə aşkarlandı

Cocuq Mərcanlıda 120 ədəd qəlpə aşkarlandı

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində gün ərzində kəndə çəkilməsi nəzərdə tutulan avtomobil yolunun 3 min 300 kvadratmetr ərazisini yoxlayıblar. Ümumilikdə, 120 qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat aşkar olunmayıb.

ANAMA-dan Milli.Az-a bildiriblər ki, 16 gün ərzində Cocuq Mərcanlı kəndində 23 evə, yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib. Beş partlamamış hərbi sursat (3 ədəd 82 millimetrlik minaatan mərmisi "OF-832" və 2 ədəd 120 millimetrlik minaatan mərmisi "OF-843") aşkar olunaraq zərərsizləşdirilib. Həmçinin 108 min 566 kvadratmetr ərazi (46 min 066 kvadratmetr əl ilə və 62 min 500 kvadratmetr mexaniki üsulla) yoxlanılıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

 

Ümumilikdə, agentlik tərəfindən yanvarın 1-dən fevralın 19-dək Ağdam, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Tovuz, Lənkəran və Cəbrayıl rayonlarında, Lənkəran, Gəncə, Şirvan və Tərtər şəhərlərində 3 otlaq, 1 əkin sahəsinə, 1 hərbi hissənin yaxınlığına, 26 ev və həyətyanı sahəyə, su arxına, dəniz və yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, yaşayış binasının yaxınlığına baxış keçirilib. Baxış zamanı 1521 partlamamış hərbi sursat, 34 tank və 2 piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib. Cəmi 137 min 560 kvadratmetr ərazi (75 min 060 kvadratmetr əl ilə və 62 min 500 kvadratmetr mexaniki üsulla) yoxlanılıb.


OXŞAR XƏBƏRLƏR

Ağdaşda bir nəfər kanalda batıb

Ağdaşda bir nəfər kanalda batıb.   Sfera.az xəbər verir ki, bu bardə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.   Bildirilib ki, Nazirliyin...

Leyla Əliyeva və Arzu Əliyeva Bakıda ağacəkmə aksiyasında iştirak ediblər - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti, “IDEA” İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevan...

Metro və avtobuslarla bağlı ŞAD XƏBƏR: Bundan sonra ödənişlər…

Bir sıra ölkələrdə ictimai nəqliyyat vasitələrində rəqəmsal ödəniş sistemlərinin tətbiqi mümkündür. Yəni sərnişinlər əlavə kart və ya vəsait daşımağa ehtiyac ol...

MAMA “Ana təbiət” sərgisinin Romada təqdimatı olub - FOTOLAR

İtaliyanın paytaxtı Romadakı məşhur “MAXXI” XXI Əsrin Milli İncəsənət Muzeyində MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin təqdim...

Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açı...

Dövlət başçısı Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 10-da Ağdam rayonunun Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib.   Sfer...