Məşhur türk müğənni: "Ailəmlə birlikdə Bakıda yaşamaq istəyirəm"
Maqazin
19:04 / 18.02.2017
1453
Türkiyəli müğənni Rafet El Roman fevralın 14-də Bakının qonağı olub.
Sfera.az axşam.az-a istinadən bildirir ki, ifaçı "Xəzər maqazin"ə açıqlamasında bildirib ki, paytaxtımızda uzunmüddətli yaşamaq istəyir:
"Həyatımın 5 ilini Bakıda yaşamaq, fəaliyyət göstərmək istəyərəm. Bəlkə də ailəmlə birlikdə burada yaşayaram. Bakını vətənim kimi sevirəm. Burada sevdiyim dostlarım, xatirələrim var. Burada özümü heç əcnəbi kimi hiss etmirəm. Bakı mənim doğma vətənim kimidir".