Azərbaycan nefti 48 dollardan satıla bilər – ŞƏRH

Azərbaycan nefti 48 dollardan satıla bilər  – ŞƏRH

2016-cı ildə Azərbaycan neftinin orta ixrac qiyməti çox güman ki 48 dollara enə bilər. 

Bu sözləri Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban dünya bazarında Brent markalı neftin qiymətinin 40 dollardan aşağı düşəcəyi təqdirdə bu Azərbaycan üçün nəyi ifadə edəcək? Sualına cavab olaraq bildirib.

İ.Şaban bildirib ki, neftin qiymətinin kəskin ucuzlaşması 2008-ci ilin dekabr ayını xatırladır:

“Cari il üçün neftin qiymətləri büdcəmizdə 90 dollar götürülüb. Maliyyə Nazirliyinin rəsmi açıqlamasına görə, ilin birinci yarısında Azərbaycan neftinin ixrac qiyməti 59 dollar 40 sent olub, 3-cü rübün nəticələrinə görə isə bu qiymət 11 dollar aşağı düşüb. Yəni, 48 dollar olub. Cari ilin son iki ayında oktyabr və noyabrda Azərbaycan neftinin orta qiymətləri heç vaxt 50 dolları üstələməyib.

Oktyabr ayının 23-dən cəmi 2 dəfə neftin qiyməti bir gün olaraq 50 dolları aşıb. Yəni neftin qiyməti orta qiyməti 2 ay ərzində 47 dollar olub. Dekabr ayında neftin qiyməti 50 dollar olamasa Azərbaycan neftinin orta ixrac qiyməti 50 dollardan aşağı olacaq.

Dekabrın ayının geridə qoyduğumuz birinci həftəsində neftin orta ixrac qiyməti 44 dollar olub. Hazırda isə neftin qiymətinə təsir edən çox həyəcanlı xəbərlər gəlir. Bu isə 2008-ci ilin dekabrna bənzəyir. Bu zaman neftin qiyməti 38 dollara enmişdi. 

Bu ssenaridən çıxış etsək Azərbaycan neftinin orta illik ixrac qiyməti çox güman ki 48 dollardək enə bilər”.

O, deyib ki, ötən il Azərbaycan neftinin orta ixrac qiyməti nə az nə çox düz 101 dollar olub:

Azərbaycan Maliyyə Nazirliyinin açıqladığı rəqəmə görə, ötən il bizim neftimizin orta ixrac qiyməti 101 dollar olmuşdu. 101 dollar və ola biləcək 48-49 dollar. Arada 2 dəfədən çox bir fərq alınır. Bu da təbii ki, Azərbaycanın gələn gəlirlərinə və gündəlik həyatımıza təsir edən bir məsələdir. Belə ki, hökumət artıq vəsaitin qənaətlə xərclənməsi məsələsinə ortaya qoyur”.

Azərbaycan neftini gələn il üçün orta ixrac qiyməti 48 dollar olarsa bu Dövlət Neft Fonduna gələn gəlirlərə necə təsir edə bilər? Sualına isə ekspert bu cür aydınlıq gətirib:

“Neft Fonduna ötən il 16,2 miilyard dollar vəsait daixl olub. Ancaq cari ildə isə bu rəqəm 7-7,5 milyard dollardır. 2016-cı il üçün isə büdcədə neftin qiyməti 50 dollar hesablanıb. Əgər kəskin enmələr davam edərsə, 2016-cı il üçün Neft Fondunun gəlirləri təqribən 6,5 milyard dollar ola bilər”, - deyə İ.Şaban əlavə edib. 

Oxu.Az 


OXŞAR XƏBƏRLƏR

Qəzaya uğrayan AZAL-a məxsus təyyarənin "qara qutu"ları Qazaxıstana gətirildi

AZAL-ın Aktau yaxınlığında qəzaya uğrayan sərnişin təyyarəsinin "qara qutu"ları Braziliyadan Qazaxıstana gətirilib və rəy vermək üçün səlahiyyətli kom...

İndoneziyada vulkan püskürdü

İndoneziyanın Halmahera adasındakı İbu vulkanı yenidən aktivləşərək dörd kilometr yüksəkliyə kül püskürüb.   Sfera.az xarici mətbuata istinadən ...

Yolda hərəkət edən qapısız ambulansla bağlı AÇIQLAMA - VİDEO

Sumqayıt şəhərində qapısı olmayan təcili tibbi yardım avtomobili küçədə hərəkət edərkən görüntülənib.   Sfera.az xəbər verir ki, bu barədə sosial şəb...

Brend sevgisinin arxasında hansı psixoloji hallar var? - ARAŞDIRMA

İstənilən dövrlərdə brend geyimlər, əşyalar diqqət mərkəzində olub. Maraqlıdır ki, son zamanlar marka həvəskarları  arasında yalnız maddi vəziyyəti buna im...

Pensiya kapitalları indeksləşdiriləcək - Faiz dərəcəsi BƏLLİ OLDU

Azərbaycanda sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı indeksləşdirilərək 2,2 faiz artırılacaq.   Sf...

İlham Əliyev türkiyəli aktyoru təltif etdi - FOTO

Türkiyəni COP29-da təmsil edən aktyor Engin Altan Düzyatan Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib. &...