Azərbaycan və Danimarka vergitutma ilə bağlı sənəd imzaladılar - FOTO

Azərbaycan və Danimarka vergitutma ilə bağlı sənəd imzaladılar - FOTO

Fevralın 17-də Vergilər Nazirliyində "Azərbaycan Respublikası Hökuməti və Danimarka Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya"nın imzalanması mərasimi keçirilib.

Sfera.az xəbər verir ki, Nazirliyin Media və kommunikasiya mərkəzindən Trend-ə verilən məlumata görə, konvensiyanı Azərbaycan tərəfdən vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov, Danimarka tərəfdən isə bu ölkənin vergilər naziri Karsten Lauritzen imzalayıblar.

F.Məmmədov ikiqat vergitutmanın aradan qaldırılmasının ölkələrimiz arasında iqtisadi ticarət əlaqələrinin inkişafına töhfə verəcəyini, eləcə də vergidən yayınmanın qarşısının alınmasına xidmət edəcəyini vurğulayıb. K.Lauritzen isə bu sənədin hər iki ölkənin şirkətləri və iş adamları üçün geniş imkanlar açdığını qeyd edib.

Son illər ölkəmizin ikiqat vergitutmanın aradan qaldırılmasını nəzərdə tutan sazişlər şəbəkəsi əhəmiyyətli dərəcədə genişlənib. Bu günə kimi 52 ölkə ilə müvafiq sazşlər imzalanıb. Bunlardan 48-si artıq qüvvəyə minib, qalanları isə müvafiq prosedurlar tamamlandıqdan sonra qüvvəyə minəcək.

İkiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin əsas məqsədi mal və xidmətlərin sərbəst beynəlxalq mübadiləsinə maneçilik törədən vergi maneələrinin aradan qaldırılması yolu ilə beynəlxalq ticarət və sərmayə qoyuluşunu təşviq etməkdir. Beynəlxalq vergi müqavilələrinin mövcudluğu vergi ödəyicilərinə münasibətdə ayrı-seçkiliyə yol verilməyəcəyinə təminat verir. Dövlətlər üçün isə bu, ziddiyyətli məsələlər üzrə birbaşa qarşılıqlı məsləhətləşmələrin aparılmasına və vergi məlumatlarının mübadiləsinə imkan yaradır.

İkiqat vergitutmanın aradan qaldırılmasını nəzərdə tutan sazişlər hazırlanarkən, ilk növbədə, ölkəmizin iqtisadi əlaqələrinin geniş olduğu dövlətlərə xüsusi diqqət yetirilir. İndiyədək imzalanmış müqavilələrdən 23-ü Avropa İttifaqına üzv ölkələrlə, digər müqavilələr isə respublikamızın əsas xarici ticarət tərəfdaşlarını, iqtisadi əlaqələrimizin mövcud olduğu və ya iqtisadi maraq doğuran dövlətləri əhatə edir.

Bu gün beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artması, iqtisadi və ticarət əlaqələrinin sürətlə genişlənməsi mövcud sazişlər şəbəkəsinin daha da genişləndirilməsini və yeni tərəfdaşların cəlb edilməsini obyektiv zərurətə çevirir. Hazırda Vergilər Nazirliyi bu istiqamətdə sistemli iş aparır. İkiqat vergitutmanın aradan qaldırılması barədə beynəlxalq sazişlərin imzalanması ölkədə əlverişli investisiya mühitinin yaradılmasına birbaşa təsir göstərməklə yanaşı, həm də vergidən yayınma hallarının qarşısının alınması məqsədilə vergi orqanlarının bir-birinə qarşılıqlı yardım göstərməsi üçün əlavə imkanlar yaradır.


OXŞAR XƏBƏRLƏR

Şəmkirdə avtomobil 69 yaşlı kişinin həyatına son qoydu

Şəmkirdə avtomobil piyadanın həyatına son qoyub.   Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib. 20...

Tələbələrin köçürülməsi başladı

2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi elan olu...

“İki xərçəng növünə qarşı peyvənd var” – ÜST-ün rəsmisi

“Peyvəndlər bəşəriyyətin ən mühüm ixtiralarından biridir. Peyvəndlər sahəsində təbii çiçək xəstəliyi yer üzündən ləğv olunub. Növbədə ləğv edilməli xəstəl...

Azərbaycanda kredit götürənlərin sayı kəskin çoxalıb - RƏQƏMLƏR

Son aylarda Azərbaycanda əhalinin kredit yükü ciddi şəkildə artıb. Rəsmi statistik göstəricilər göstərir ki, vətəndaşların bank və digər maliyyə institutlarında...

15 iyul – Ümumdünya Gənclərin Bacarıqları Günüdür

Hər il 15 iyul tarixində Ümumdünya Gənclərin Bacarıqları Günü qeyd olunur.    Sfera.az xəbər verir ki, BMT Baş Assambleyasının 2014-cü ildə qəbu...

Tərəvəz bahalaşması rekord qırır: Son 10 ilin qiymət dəyişikliyi

Azərbaycanda 2015-ci ildən sonra dəyəri ən çox artan ərzaq məhsulu tərəvəzlər olub.  2015-ci illə müqayisədə 2024-cü ildə tərəvəzlərin qiyməti orta he...