Bələdiyyədə şöbə müdiri kabinetində vuruldu - Türkiyədə
Dünya
14:09 / 17.02.2017
962
Türkiyədə Adana Böyükşəhər Bələdiyyəsinin əməkdaşı bələdiyyənin şöbə müdirinə silahlı hücum edib.
Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, Özel Atık adlı əməkdaş şöbə müdirinin otağına daxil olub və aralarında bilinməyən səbəbdən münaqişə yaranıb. Daha sonra üstündə gəzdirdiyi silahla şöbə müdirini ayağından vurub.
Yaralı dərhal xəstəxanaya çatdırılıb, digəri isə hadisə yerini tərk edib.