Qar yağanda hər kəsi narahat edən problemlər: qaz, işıq, su varmı?

Qar yağanda hər kəsi narahat edən problemlər: qaz, işıq, su varmı?

Dünəndən başlayaraq ölkə ərazisində şaxtalı və qarlı hava şəraiti müşahidə olunur.

Sfera.az xəbər verir ki, azvision.az müvafiq dövlət qurumlarından qarlı hava şəraitinin kommunal xidmətələrə təsir edib-etmədiyini soruşub.

"Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, ölkədə qarlı, şaxtalı hava şəraiti ilə əlaqədar ötən günlərlə müqayisədə elektrik enerjisinə tələbat artıb. "Nə qədər tələbat varsa, əhali elektrik enerjisi ilə fasiləsiz təmin olunacaq. Gün ərzində elektrik enerjisinin verilməsində problem yaranmayıb. Əgər problem olarsa, 199 saylı Çağrı Mərkəzinə telefon açsınlar və operativ şəkildə problem aradan qaldırılacaq".

"Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbəlayev bildirib ki, hava şəraiti ilə əlaqədar planlı işlər təxirə salınıb. Onun sözlərinə görə, respublikada, eləcə də paytaxtda müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar fevralın 17-də Abşeron rayonunda, Bakının Binəqədi, Nizami, Nəsimi, Yasamal və Xəzər rayonlarının qaz şəbəkəsində nəzərdə tutulmuş təmir işləri təxirə salınıb.

"Ötən günlərlə müqayisədə əhalinin 1 milyon 446 min kubmetr qaza tələbatı artıb. Bu dəqiqəyə qədər qazla bağlı kütləvi müraciət daxil olmayıb. Hansı ərazilədə çatışmamazlıq yaşanıbsa, əməkdaşlarımız həmin yerlərdə tənzimləmə işləri aparıblar".

 

"Azərsu" ASC-nin İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının sözlərinə görə, qurumun mərkəzləşdirilmiş və paylayıcı şəbəkələrində heç bir donma halı qeydə alınmayıb.

"Gücləndirilmiş iş rejimində fəaliyyət göstəririk. Bakı, Abşeron, həmçinin regionlarda vəziyyət stabildir. Əhalinin su ilə təmin edilməsi davam etdirilir. Su təchizatında heç bir problem yoxdur. İndiyədək quruma şikayət daxil olmayıb".


OXŞAR XƏBƏRLƏR

Dünya bazarlarında neft cüzi UCUZLAŞDI

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin noyabr müqaviləsinin dəy...

"Ukrayna NATO-ya üzv olmadan davamlı təhlükəsizlik ola bilməz" - Stoltenberq

Ukraynada sülhün əldə edilməsi paradoksal olaraq Kiyevə verilən silahların miqdarından asılıdır.   Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bu...

KİV: "İsrail Dəməşq ətrafını bombalayıb, Sepahın yüksək rütbəli hərbçisi ölüb"

Suriyanın paytaxtı Dəməşqə İsrailin aviazərbələr endirməsi nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) yüksək rütbəli hərbçisi ölüb.   ...

Bu günlərdə ehtiyatlı olun - Əhaliyə XƏBƏRDARLIQ

Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.    Rəsədxanadan Sfera.az-a bildi...

Prezident Qarabağ Universitetinin açılışını etdi - YENİLƏNDİ

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib.   Sfera.az xəb...

İsrailin iki hərbçisi Livanla sərhəddə ÖLDÜ

“Hizbullah”ın hücumları nəticəsində iki İsrail hərbçisi ölüb, doqquzu yaralanıb.   Sfera.az TASS-a istinadən xəbər verir ki, bu barədə or...