Rusiyalılar Belarusla viza rejiminin tətbiqini dəstəkləyirlər
Rusiya vətəndaşlarının 3/4-ü Belarusla viza rejiminin tətbiq edilməsini dəstəkləyir. Respondentlərin 60%-ə yaxını isə bu ölkəyə təbii qazın aşağı qiymətlə satılmasının əleyhinədir.
Sfera.az APA-ya istinadən xəbər verir ki, bu nəticələr Ümumrusiya ictimai rəyin öyrənilməsi Mərkəzinin keçirdiyi sorğu zamanı ortaya çıxıb.
Sorğuda iştirak edənlərin 78%-i Belarusla viza rejiminin tətbiqini dəstəkləyib, bunların mütləq əksəriyyəti 18-24 yaş arası olan respondentlərdir. 56% respondent Belarusa neft və qazın aşağı qiymətlərlə satılmasına qarşı çıxıb.
Rusiyalıların 40%-i Belarusu dost ölkə hesab edir. (2008-ci ildə bu göstərici 50% idi.) Sorğu iştirakçıların 4%-i Belarusu rəqib kimi, 3%-i isə düşmən kimi görür.
8-9 fevral tarixlərində keçirilən sorğuda 1200 respondent iştirak edib.