Azərbaycan Silahlı Qüvvələrində intihar hallarının sayı azalıb
Azərbaycan Silahlı Qüvvələrində intihar hallarının sayı azalıb.
Sfera.az Trend-ə istinadən bildirir ki, bu barədə jurnalistlərə açıqlamasında respublikanın hərbi prokuroru Xanlar Vəliyev deyib.
O qeyd edib ki, intihar təkcə hərbi hissələrdə, Azərbaycanda yox, dünyanın hər yerində artıb: "Amma bizdə çox gözəl nəticədir ki, ildən-ilə Azərbaycan Silahlı Qüvvələrində və təkcə Müdafiə Nazirliyində deyil, digər silahlı birləşmələrdə də baş verən intihar hadisələrinin sayı azalmaqda davam edir.
Bunun müxtəlif səbəbləri olur. Hərbi xidmətlə bağlı məsələlərlə də olur".
X.Vəliyev bildirib ki, bəziləri hərbi xidmətin gərginliyinə dözə bilmirlər: "Nizamnamə ilə tələb olunan hərəkətləri etmir, bir-birlərinə qarşı nizamnamədən kənar qanunsuz hərəkətlər törədirlər. Bəzi hadisələr isə ailə-məişət məsələləri ilə bağlı olur. Hərbidə baş verən hər bir intihar hadisəsi, ümumiyyətlə ölümlə nəticələnən hadisələr hərbi prokurorluq tərəfindən qeydə alınır və bu hadisələr üzrə cinayət işi başlanılır, istintaq olunur. Həmin hadisələrdə əgər hər hansı şəxsin günahı müəyyən olunursa, o, cinayət məsuliyyətinə cəlb olunur".