Azərbaycanda qatar minik avtomobili ilə toqquşdu: bir ailənin 3 üzvü öldü
Hadisə
20:45 / 15.02.2017
1334
Saatlı rayonunda ağır yol qəzası baş verib.
Sfera.az APA-ya istinadən məlumatına görə, insident rayonun Sarıcalar kəndində qeydə alınıb.
Teplovozla minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər ölüb. İlkin məlumata əsasən, ölənlər bir ailənin üzvləridir.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. İnsidentin səbəbləri araşdırılır.