ABŞ və Rusiya Baş Qərargah İdarəsinin rəhbərləri Bakıya gəlirlər
Dünya
19:33 / 15.02.2017
1059
ABŞ və Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah İdarəsinin rəhbərləri Cozef Dünford və Valeri Qerasimov fevralın 16-da Bakıda görüşəcəklər.
Sfera.az xəbər verir ki, bu barədə Trend Pentaqonun mətbuat xidmətinə istinadən məlumat verir.
Görüş zamanı hərbçilər arasında əlaqələr müzakirə olunacaq.
Həmçinin görüşdə Rusiya və ABŞ arasında hərbi sahədə münasibətlərin cari səviyyəsi barədə fikir mübadiləsi aparılacaq.