Bakıda daha bir küçə təmirə bağlanır
Cəmiyyət
23:29 / 08.12.2015
1050
Bakıda daha bir küçə təmirə bağlanır.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli Oxu.Az-a bildirib ki, 9 dekabr 2015-ci il tarixindən etibarən Süleyman Əhmədov küçəsinin Nobel prospekti ilə kəsişməsindən Mingəçevir küçəsi ilə kəsişməsinədək olan hissəsində təmir işləri həyata keçiriləcək.
O qeyd edib ki, bununla əlaqədar ərazidə hissə-hissə nəqliyyat vasitələrinin hərəkəti qısa müddətlik mədudlaşdırılacaq:
“Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC yaranacaq müvəqqəti narahatçılığa görə üzr istəyir və sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir”.