Dərsliklərdə növbəti biabırçılıq – VİDEO

Dərsliklərdə növbəti biabırçılıq – VİDEO

Səhv məlumatlar müəllim və şagirdlərə problem yaradır.

Sfera.az ARB-yə istinadən xəbər verir ki, şagirdlər dərsliklərdə olan səhvlərdən əziyyət çəkirlər. Lövhə qarşısında müəllim bir söz deyir, kitabda isə başqa məlumat yazılıb. Arzu Yaqubova – 8-ci sinif şagirdi: "8-ci sinif kitabında səhifə 58-də qan damar sisteminin, ürəyin quruluşunun təsviri verilib. Burada biz bir deyil, daha çox səhvlərə rast gələ bilərik. Misal olaraq bu damarın adına ağ ciyər arteriyası yazıblar. Lakin bu damar yuxarı baş vena damarıdır. Buna isə orta damarı yazıblar, lakin orta damarı budur. Bu isə ağ ciyər arteriyasıdır.”

Sevil Nağıyeva uzun illərdir kimyadan dərs desə də, son 5 ildə bu problemlə rastlaşıb: "2009-cu il 8-ci sinif kimya dərsliyində səhv var. Orada atom çəkisi atom kütləsi ilə əvəz olunmalıdır”.

Eyni problem digər fənlərdə də var. Mövzuların sonunda verilən sualların bəziləri mövzuya uyğun gəlmir. Yuxarı siniflərlə yanaşı, ibtidai sinif müəllimləri də dərsliklərdən narazıdırlar. Lalə Rəhmətullayeva – ibtidai sinif müəllimi: "Birinci yarımil bitib. Çoxrəqəmli ədədin nəinki çoxrəqəmli ədədə bölünməsi, 2 rəqəmli ədədə belə bölünməsi yoxdur materialda. Bu nə deməkdir?"

Oğuz rayon sakini Ceyhun Əhmədov isə iş dəftərlərindəki yanlışlıqlardan şikayətçidir. 5 manat 50 qəpiyə aldığı vəsaitin 17 vərəqi çatmır. Ceyhun Əhmədov – valideyn: "Uşaq öyrənib gəlib. Bura çatanda görür ki, 80-ci səhifədən keçir 97-yə. Deyərsiniz ki, bu cırılıb, ya nə isə olub. Elə bir şey yoxdur. Burdan da gəlir 112-yə kimi, sonra keçir 97-yə”.

8-ci sinif biologiya dərsliyinin müəlliflərindən olan Nüşabə Məmmədova da kitabda səhvlərin olduğunu təsdiqləyir. Bu cür halların qarşısını almaq üçün yeni çap olunan dərsliklərə nəzarət artırılıb.


OXŞAR XƏBƏRLƏR

SOCAR Yaxın Şərqdə fəaliyyətini genişləndirəcək - Mikayıl Cabbarov

“SOCAR-ın Suriyada və regionda gələcək dövr üzrə fəaliyyətinin genişləndirilməsi planlaşdırılır”.   Sfera.az APA-ya istinadən xəbər verir...

Ermənistan-Amerika birgə hərbi təlimlərə başlayır - Tarix açıqlandı

Avqustun 12-dən 20-dək Ermənistanda “EAGLE PARTNER-2025” Ermənistan-Amerika birgə hərbi təlimləri keçiriləcək.   Sfera.az Report-a istina...

ABŞ Rusiya ilə nüvə müharibəsinə hazırdır - Tramp

“ABŞ Rusiya ilə nüvə müharibəsinə hazırdır”.   Sfera.az xəbər verir ki, bunu “Fox News” telekanalının efirində ABŞ Prezidenti...

Suriyalı nazir Azərbaycana və Türkiyəyə təşəkkür etdi

Suriyanın Energetika naziri Məhəmməd Əl Bəşir uzun illər davam edən müharibədən əziyyət çəkən Suriyada rifahın yaxşılaşdırılması və ölkənin bərpası istiqamətind...

Sabah Bakıda 39 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında avqustun 3-də hava şəraitinin günəşli keçəcəyi gözlənilir.   Sfera.az xəbər verir ki, bu barədə Milli Hidrometeorol...

Türkiyədə İŞİD-lə əlaqəli 26 nəfər saxlanılıb

Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları İŞİD terror təşkilatı ilə əlaqədə şübhəli bilinən 26 nəfəri saxlayıb.   Sfera.az xəbər verir ki, bu b...