"Bu, Ermənistana heç bir xeyir gətirməyəcək"

Ötən gün Avstraliya parlamentində erməni qoşunlarının dinc Azərbaycan əhalisinə qarşı törətdiyi Xocalı soyqırımı məsələsi müzakirə olunub.

Sfera.az Trend-ə istinadən xəbər verir ki, müzakirələr zamanı Azərbaycan-Avstraliya parlamentlərarası dostluq qrupunun üzvü, senator Kris Bek çıxış edib.

O deyib: "Bir neçə gün sonra Azərbaycan xalqının tarixindəki qanlı hadisələrdən biri olan, hazırda Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən Xocalı şəhərində 600-dən çox sakinin öldürülməsinin 25 ilidir".

Senatorun sözlərinə görə, Xocalı soyqrımının müzakirəsi hər bir kəsə bu cür hadisələrin böyük itkilərə gətirib çıxaracağını və gələcək nəsillərə təsirsiz ötüşməyəcəyini düşünməyə imkan verir.

O qeyd edib ki, bu hadisələr tarixin faciəvi səhifələri arasında qalacaq və əlbəttə ki, bu, Ermənistana nə gələcək baxımından, nə də qonşu ölkələrlə münasibətləri baxımından heç bir xeyir gətirməyəcək.

Senator bildirib ki, Dağlıq Qarabağ münaqişəsi və onun fəsadları humanitar böhranın ən pis formasının bir nümunəsidir: "Uğurlu vasitəçilik olmadan bu ərazilərdə hərbi münaqişənin yaranması təhlükəsi mövcuddur. Bu isə iki ölkə arasında və ümumiyyətlə, Qafqaz regionunda sabitliyin pozulmasına gətirib çıxaracaq".


OXŞAR XƏBƏRLƏR

Rusiya bir gecədə bu qədər PUA vurdu

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 55 ədəd PUA vurub.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirl...

Xankəndi orta məktəbin direktor müavini cərimələndi - Məhkəmə rədd etdi

Xankəndi şəhər 4 saylı orta məktəbin direktor müavini cərimələnib.   Sfera.az xəbər verir ki, direktor müavinini Əmək və Əhalinin Sosial Müdafiəsi Na...

Hindistanla Çinin yaxınlaşmağı nə vəd edir? - AÇIQLAMA

Dehli Pekinlə münasibətləri normallaşdırmağa qərar verib. Halbuki, son illərdə münasibətlər son dərəcə gərginləşmişdi. İki ölkə arasındakı sərhədin dağlıq hissə...

Şəmkirdə avtomobil 69 yaşlı kişinin həyatına son qoydu

Şəmkirdə avtomobil piyadanın həyatına son qoyub.   Sfera.az Bizim.Media-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib. 20...

Tələbələrin köçürülməsi başladı

2025/2026-cı tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrin köçürülməsi prosesinin elektron sənəd qəbulu mərhələsi elan olu...

“İki xərçəng növünə qarşı peyvənd var” – ÜST-ün rəsmisi

“Peyvəndlər bəşəriyyətin ən mühüm ixtiralarından biridir. Peyvəndlər sahəsində təbii çiçək xəstəliyi yer üzündən ləğv olunub. Növbədə ləğv edilməli xəstəl...