Robotların yarışı start götürdü

Robotların yarışı start götürdü
Kateqoriya məlum deyil15.08.25, 08:000 👁️
T

Çinin paytaxtı Pekində ilk Ümumdünya İnsanabənzər Robot Oyunları start götürüb. 

 

Sfera.az “Global Times” nəşrinə istinadən xəbər verir ki, avqustun 17-dək davam edəcək tədbirdə 16 ölkədən 280 komanda və 500-dən çox robot sistemi iştirak edir. Yarış iştirakçıları arasında tələbələr, məktəblilər, eləcə də “Unitree” və Pekin Süni İntellekt İnstitutu kimi aparıcı robototexnika şirkətlərinin nümayəndələri yer alıb.

 

Oyunların proqramına 26 müxtəlif fənn daxildir. Bəzi yarışlar atletik bacarıqlar — qaçış, uzunluğa tullanma, futbol üzərində qurulub. Digər sınaqlar isə praktiki tətbiqlərə, məsələn, dərmanların çeşidlənməsi və otel otaqlarının təmizlənməsinə həsr olunub.

 

Açılış mərasimi Olimpiya Oyunları formatında təşkil edilib. Komandalar tədbirin bayrağı və işıq kublarında yandırılan simvolik alovla parad ediblər. Yarışçılar həmçinin musiqi ifası, rəqs, döyüş sənətləri, eləcə də Çin mədəniyyəti və texnologiyasından ilhamlanan geyimlərdən ibarət moda nümayişi ilə yaradıcılıq bacarıqlarını sərgiləyiblər.

 

Təşkilatçılar bu tədbiri robototexnika sahəsində beynəlxalq təcrübə mübadiləsi və texnologiyaların gənclər arasında populyarlaşdırılması üçün vacib platforma kimi dəyərləndirirlər.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...