Direktor: "Milli Gimnastika Arenası Dünya kubokunu qəbul etməyə tam hazırdır" - FOTO

Direktor:

Milli Gimnastika Arenası batut gimnastikası və tamblinq üzrə Dünya kubokunu qəbul etməyə tam hazırdır.

 

Sfera.az xəbər verir ki, bunu Trend-ə arenanın direktoru Maqsud Fərzullayev deyib.

O deyib: "Biz bu cür tədbirlərə ciddi şəkildə hazırlaşırıq. Bu, ilin ilk böyük yarışıdır və ümumilikdə arena turnirə tam hazırdır. Biz bütün testləri keçirmişik və əminik ki, hər şey yüksək səviyyədə keçəcək".

Onun sözlərinə görə, tamaşaçılara bir sıra yeniliklər təqdim olunacaq: "Bizim üçün əsas innovasiya yarış meydançasının üzərində qurulan böyük ekrandır. Fikrimizcə, bu, turnirə böyük effekt verəcək. Bu ekranın özəlliyi ondadır ki o, fəxri kürsü ilə eyni səviyyədə yerləşir və çox effektli görünür. Ekran dörd hissəyə bölünür. Orada eyni zamanda həm çıxışlara, həm maraqlı anların təkrarına, həm hakimlərin qiymətləndirməsinə, həm də turnir cədvəlinə baxmaq olar".

 

O, Bakı sakinlərini və şəhərin qonaqlarını Dünya kubokuna canlı baxmağa çağırıb.

Arenanın direktoru həmçinin qeyd edib ki, Milli Gimnastika Arenası iri beynəlxalq yarışları qəbul edən digər idman tikililəri ilə eyni pillədə dayanır: "Arenamız bütün yarışlara uyğunlaşmağa hazırdır. Bildiyiniz kimi, Bakıda 2020-ci ildə idman gimnastikası üzrə Avropa çempionatı keçiriləcək. Buna qədər isə biz bir çox digər yarışları qəbul edəcəyik. Qarşıda bizi daha iki Dünya kuboku və İslam oyunları gözləyir. Bundan başqa, sentyabrda arenamız voleybol üzrə Avropa çempionatının matçlarını qəbul edəcək. Bu, bizim üçün yenilikdir. Voleybol bizim üçün yeni idman növüdür, amma düşünürəm ki, biz bunun öhdəsindən gələcəyik".



OXŞAR XƏBƏRLƏR

Prezident: Bu gün Azərbaycanla Türkiyə gələcəyə doğru çiyin-çiyinə, inamla və uğurla irəliləyir

Prezident İlham Əliyev Türkiyədə baş vermiş 15 İyul hadisələrinin ildönümü ilə əlaqədar Prezident Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.   Sfera.az...

Dünyanın ən etibarlı avtomobil markaları - Adlar

Qlobal markaların gücünü və dəyərini qiymətləndirən araşdırma şirkəti "Branddirectory" dünyanın ən etibarlı səkkiz avtomobil markasının adını açıqlanı...

Trampın sərt ritorikası Azərbayacana da işləyəcək? - RƏY

Donald Tramp ABŞ-nin Rusiyaya qarşı sanksiyaları kəskinləşdirəcəyini elan edib, xüsusilə Rusiyanın ticarət tərəfdaşlarına “ikinci dərəcəli” sanksiya...

Rusiya bir gecədə bu qədər PUA vurdu

Rusiya hava hücumundan müdafiə qüvvələri ölkə üzərində Ukraynaya məxsus 55 ədəd PUA vurub.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirl...

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.   Sfera.az məktubun mətnini təqdim edir: &...

Xankəndi orta məktəbin direktor müavini cərimələndi - Məhkəmə rədd etdi

Xankəndi şəhər 4 saylı orta məktəbin direktor müavini cərimələnib.   Sfera.az xəbər verir ki, direktor müavinini Əmək və Əhalinin Sosial Müdafiəsi Na...